Icma.az
close
up
RU
Körpələrin fiziki inkişafı

Körpələrin fiziki inkişafı

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Südəmərlik dövrü uşağın anadan olduğu dəqiqədən bir yaşı tamam olana qədər olan dövrdür. Həyatının ilk dörd həftəsində uşaq yenidoğulmuş sayılır.

Bu dövr üçün boy və çəkinin intensiv artması xarakterikdir.

Dölün yetkinliyi hamiləliyin 38-40-cı həftəsinə uyğun gəlir. Vaxtında doğulmuş uşaq təxminən 3,0 - 3,5 kq çəkiyə və 50-52 sm boya malik olur. Bədən çəkisi 2500-6000 q, boy göstəriciləri isə 47-57 sm arasında tərəddüd edə bilər. Uşaq doğularkən onun çəkisi 4500 q-dan artıq olarsa, anaya gizli şəkərli diabeti aşkar etmək üçün müvafiq yoxlamadan keçməsi məsləhət görülür.

Doğulandan sonra ilk 3 gün ərzində uşaq bədən çəkisində 100-300 q itirir. Bu hal bağırsaqların və sidik kisəsinin boşalması və uşağın ac qalması ilə əlaqədardır. 4-5-ci günlərdən başlayaraq uşağın bədən çəkisi artmağa başlayır və doğum evindən evə yazılan zaman ilkin göstəricilərə çatır.

Uşağın normal bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur. 1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır. Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır. 7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.

Uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 8 aylığında onun bədən çəkisi nə qədər olmalıdır? Səkkizinci ay ikinci yarımilliyin ikinci ayı olduğundan, 3000+(800x6)+(400x2)=3000+4800+800=8600 q.

Bir yaşına qədər uşağın boy, çəki və baş ölçüsü göstəriciləri ümumilikdə cədvəldəki göstəricilərə uyğun gəlməlidir. Bu uyğunluq təbii ki, hər zaman rast gəlinmir. Elə uşaqlar var ki, onların boy və çəki artımı il ərzində tarazlıqla artır. Bəzi uşaqlarda isə bu proses qeyri-mütəmadi baş verir, belə ki, ya çəki boya üstün gəlir, ya da əksinə. Bədən quruluşunun genetik xüsusiyyətlərindən də çox şey asılıdır. Həyatının birinci yarımilliyində artıq çəkiyə malik uşaqlar 7-8-ci aylardan sonra hərəkət aktivliyi üzündən çəkini itirirlər. Bu səbəbdən də boy və çəkidə kiçik uyğunsuzluqlar valideynləri narahat etməməlidir. Lakin az çəki və kiçik boy, eləcə də istənilən boyda həddən artıq çəki həkimə müraciət etmək üçün tam göstərişdir.

Uşağın boyunu ev şəraitində ölçmək üçün adi santimetrlik xətkeşdən istifadə edirlər. Uşağı masa üzərinə elə uzandırırlar ki, başın təpə hissəsi divara dirənsin. Bu sıfır bölgüsüdür. Sonra ehmalca, dizləri yüngül təkanlarla düzəldərək dabana dirənmiş xətkeş üzərində uzunluğu qeyd edirlər. Bütün bunları uşaq tox və yuxudan durandan sonra etmək daha məsləhətlidir. Çəkini müasir elektron tərəzilər vasitəsilə ölçürlər. Bunu səhər, körpəni yedizdirmədən qabaq etmək lazımdır.

Baş dairəsini ölçmək üçün santimetrlik xətkeşin bir ucunu arxadan ənsə qabarları üzərinə, o biri ucunu isə öndən qaşüstü qövslərin üzərindən aparıb hər iki ucu birləşdirirlər və alınmış nəticəni qeyd edirlər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri