Icma.az
close
up
RU
Körpənin ana südü ilə qidalandırılması

Körpənin ana südü ilə qidalandırılması

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Körpəni ana südü ilə qidalandırılmazdan əvvəl ana əmin olmalıdır ki, onun südü uşaq üçün təhlükəli deyil.

Bunun üçün doğuşa az qalmış və ya doğuşdan dərhal sonra südün sterilliyə müayinəsi aparılmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstərişlərinə görə ilk dəfə körpə doğuşdan 20-30 dəqiqə sonra döş əmməlidir. İlkin südün tərkibinə körpənin həyatı üçün vacib olan bir sıra qoruyucu qidalı maddələr daxildir və bu maddələrə qarşı körpənin orqanizmi çox həssasdır. Eyni zamanda körpəni erkən əmizdirmək anada laktasiyanı gücləndirən hormonların artıq miqdarda əmələ gəlməsinə və uşaqlığın tezliklə yığılmasına səbəb olur. Bu isə uşaqlıq qanaxmalarının qarşısını alır.

Uşağı 2 yaşına qədər ana südü ilə qidalandırmaq tövsiyə olunur. Körpəni cədvəllə deyil, onun tələbatına uyğun əmizdirmək lazımdır.

Nəzərə alın ki, əsəbilik və narahatlıq süd ifrazını azaldır. Körpəni əmizdirərkən rahatlanın, əsəbi unudun. Vaxtınız varsa, yedizdirmədən qabaq 15 dəqiqəlik uzanaraq mütaliə edin, mahnıya qulaq asın, yəni rahatlanmağa çalışın.

Əmizdirmə müddəti hər dəfə müxtəlif ola bilər. Əksər körpələr üçün adətən bu, 20-30 dəqiqə təşkil edir. Ananın südü kifayətdirsə, körpəyə bir döşü əmmək kifayət edir. Bəzən bu azlıq edərsə 2-ci döşü də verə bilərsiniz. Bir əmizdirmədə sol döşü körpəyə vermişsinizsə, ikincidə sağ döşü verin.

Doğuşdan bir həftə sonra əmizdirmə zamanı qarının alt hissəsində ağrılı spazm hiss edə bilərsiniz. Buna səbəb odur ki, əmizdirmə zamanı uşaqlıq yığılır və əvvəlki ölçülərinə yaxınlaşır. Bu spazmlar tezliklə bitəcək. Çox vaxt əmizdirmənin ilk saniyələrində döş gilələrində kəskin ağrı duyulur. Narahat olmayın, bu xəstəlik deyil və tezliklə keçib gedəcək.

Əgər gilələr bütün əmizdirmə dövrü ağrı verirsə, deməli onlarda çatlar var. Əgər gilənin birində çat varsa, bu döşlə 24-48 saat ərzində əmizdirmək olmaz (və ya həmin döşlə əmizdirməni 8 saatdan bir 3 dəqiqəyədək azaltmaq lazımdır). Əgər süd vəzisinin vəziyyəti 12-48 saat ərzində yaxşılaşıbsa, körpəni ehtiyatla əmizdirmək olar, ancaq bir şərtlə ki, ağrı hissiyatı olmasın. Birinci gün hər əmizdirmədə 5 dəqiqə, 2-ci gün 10 dəqiqə, 3-cü gün 15 dəqiqə bu döşlə əmizdirmək olar. Ağrı qayıdarsa, yenidən müalicəyə başlayın. Əgər süd vəzilərinin iltihabı xəstəlikləri zamanı antibiotik təyin olunubsa, körpəyə mütləq probiotiklər (bağırsaq mikroflorasını bərpa edən xüsusi dərman preparatları) verin.

ÜST ekspertləri sırf ana südü ilə qidalanan körpəyə 5 ayına kimi su, şirə və qida əlavələrinin verilməsinin gərək olmadığını bildirir. Bütün zəruri vitaminləri və mineralları uşaq ana südü ilə qəbul etməlidir. Buna görə də ananın rasionu rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır.

6 aydan sonra uşaqların rasionuna qida əlavələri (şirə, püre və s.) və su daxil olunur.

Ana südü ilə qidalanan körpələrin mədə-bağırsaq sisteminin mikroflorası xeyli qənaətbəxşdir; çürüdücü və digər zərərli bakteriyalar cüzi miqdardadır. 100% hallarda bifidum bakteriyalarının sayı digər bakteriyalara nisbətən 20 dəfə çoxdur. Süni qidalandırılan uşaqların bağırsaqlarında bifidum bakteriyalar çox azdır və ya heç yoxdur. Ona görə də 1 yaşına qədər süni qidalandırılan uşaqlara həkimin məsləhəti ilə hər ay 10 gün ərzində tərkibində lakotbakteriyalar və bifidum bakteriyalar olan preparatlar (probiotiklər) vermək lazımdır. Bifidum və lakto bakteriyalar bağırsaq xəstəliklərini törədən zərərli mikroorqanizmləri məhv edir və bağırsağın normal işləməsi üçün zəruri olan mikroorqanizmlərin inkişafına kömək edir.

Yenidoğulmuşun həzm sistemində süni qidalandırılan körpələr üçün bir sıra çətinliklər törədən daha bir xüsusiyyət var. İş orasındadır ki, yenidoğulmuşların mədə-bağırsaq sisteminin qida şirələri zülalları, karbohidratları, yağları həzm etməyə hələ hazır deyil. Ana südü isə təkçə lazımlı qida maddələri deyil, həm də onları həzm etdirməyə kömək edən vasitələrlə (fermentlərlə) də zəngindir.

Ana südü ilə kifayət qədər qidalanmanın əsas göstəriciləri körpənin sağlamlığı, fəallığı, emosional vəziyyətinin müsbət olması və bədən çəkisinin normal artmasıdır. Uşaq hər qidalanmadan sonra narahatdırsa və qidalanmalar arasında vaxt get-gedə qısalırsa, deməli ananın südü kifayət etmir. Ananın laktasiyasını (döş vəzilərində südün əmələ gəlməsi) gücləndirmək mümkün deyilsə, çatmayan sutkalıq rasion həcmində donor südü və ya süni uşaq yeməkləri təyin edilir.

Donor südünün eyni yaşlı uşaq anasının olması daha yaxşı olardı. Donor südünün tam steril olduğuna əmin olmaq lazımdır. Əlavə qida uşağa əsas qidadan (ana südündən) sonra verilir.

Hər əmizdirmədən sonra körpəni şaquli vəziyyətdə tutmaq lazımdır. Bu zaman o, əmərkən udduğu havanı xaric edir və bu qusmanın qarşısını alır. Bir çox hallarda hərəkətsizlik üzündən, hətta ana südü ilə qidalanan uşaq belə bağırsaq yelindən əziyyət çəkir. O, ayaqlarını sıxaraq qaldırır və güclü ağrıdan qışqırır. Körpəyə xüsusi vasitələr - şüyüd suyu, fenhel çayı, xüsusi preparatlar həkim tərəfindən təyin edilir.

Süd verən ana soğan, sarımsaq, şokolad yeməməli və təbii ki, spirtli içkilər, tünd çay və qəhvə qəbul etməməlidir. Sitrus meyvələri, çiyələk, moruq, bal, qoz, fındıq, qənd, konservantlar və süni əlavələr qatılmış qida maddələrini, mayonez, üzüm, paxlalı bitkilər, kələm, yağlı ət, hisə verilmiş ət məhsullarını rasionunuzdan çıxartmaq məsləhətdir.

Qadın bilməlidir ki, onun yediyini körpə də yeyir. Ona görə də qadının rasionu xeyirli və kifayət qədər kalorili olmalıdır.

Ana südü ilə qidalandırma yalnız sağlam analara və sağlam körpələrə tövsiyə edilir. Ağır xroniki (ağır endokrin pozğunluqlar, ürək qüsurları, psixiki xəstəliklərin bəzi formaları) və ya kəskin infeksion xəstəlikləri olan analara körpəyə süd vermək qəti qadağandır. Doğum evlərində rezus-konflikti olan, habelə əmmə aparatının defekti (dovşan dodaq, qurd ağız) olan və ya əmmə refleksi olmayan (asfiksiya ilə doğulan) uşaqları ana südü ilə əmizdirmirlər.

Çox nadir hallarda uşaqlarda ana südünə allergik reaksiya olur: uşaq döş əmməkdən imtina edir, ağlayır, qışqırır, qusma əmələ gəlir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri