Icma.az
close
up
RU
Ana südü ilə qidalanan narahat körpənin sakitləşdirilməsi

Ana südü ilə qidalanan narahat körpənin sakitləşdirilməsi

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Körpənin ağlamağı ilk növbədə onun ac olduğunu göstərir və onu sakitləşdirməyin ən birinci yolu təbii ki əmizdirməkdir.

Amma heç bir səbəb olmadan körpənin uzun müddət ağlamağı yeni valideynləri təngə gətirə bilər.

Biz sizə körpənizi sakitləşdirməyin bir neçə üsulunu təqdim edirik. Məsləhət görülür ki, bunlardan bir neçəsini sınaqdan keçirəsiniz, çünki bu və ya digər üsul bu gün işə yaraya bilər, sabah isə yox. Rahat olun və yadınızdan çıxarmayın ki, bu da gəlib keçəcək.

Əlamətlər:

Körpənizin

- Gün ərzində dəfələrlə dayanmadan ağlaması;

- Əllərini yumruq şəklində bərk bükməsi;

- Ayaqlarını qarnına tərəf yığması;

- Qazını çıxarması;

- Üz-gözünü bürüşdürməsi.

Bunun səbəbləri (birdən çox ola bilər):

- Tam inkişaf etməmiş mədə-bağırsaq sistemi;

- Həssas sinir sistemi;

- Həddən artıq qaz/köp və ya körpənin normadan çox yedizdirilməsi;

- Süni qidanın uyğunsuzluğu;

- Körpənin əmizdirən ananın yediyi hər hansı bir ərzağa əks reaksiyası;

- Körpənin həddən artıq oyanıq və nəticədə yorğun olması.

Nə edə bilərsiniz?

- Körpənizi öz bədəninizə sıxın;

- Körpənizi hər hansı formada hərəkətdə saxlayın:

- Qucağınızda gəzdirin;

- Körpə yelləncəyində yellədin;

- Özü yırğalanan oturacaqda yırğalayın;

- Ayaq üstə o yan bu yana yırğalayın;

- Maşında və ya uşaq arabasında gəzdirin;

- Körpəni slinqdə gəzdirin.

- Köp damcıları verin (yalnız pediatrın məsləhəti əsasında);

- Monoton səslərlə (axar su, tozsoran, paltar yuyan/qurudan, fen) körpənizi sakitləşdirin;

- Gündə bir neçə dəfə körpənizi özünüzə (bədəninizə) sıxın;

- Körpənizi yüngül bələyin;

- Körpənizi soyundurun və qoyun rahat hərəkət etsin;

- Çoxlu hərəkət, yüksək səs və parlaq işıqla körpəni həddən çox yormaqdan çəkinin;

- Müxtəlif səslər, yerlər və əşyalarla körpənin fikrini yayındırın;

- Körpənin qarnına ehmalca sıxın:

- Körpənizi “kolik vəziyyətində” saxlayın (üzü üstə, qolunuz və ya biləyinizlə dəstək verərək körpənizin qarnını sıxın);

- Körpənizi çiyniniz və ya diziniz üstə saxlayın.

- Körpənizin ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirin;

- Hər hansı bir ərzağın körpənizi narahat edib-etmədiyini müəyyən etmək üçün yediyiniz yeməkləri qeyd edin (4-6 saat çəkə bilər);

- Əmizdirmə məsləhətçisi ilə danışın. O sizə “ön” və “arxa” süd balansını qorumaq üçün hər əmizdirmədə yalnız bir döşü verməyi və ya başqa üsulları təklif edə bilər;

Siz bir az ara verin, istirahət edin, qoyun başqa birisi sizə kömək etsin. Körpəniz sizin gərginliyinizi hiss edə bilər.

Müəllif: Vergie Hughes (RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi,
“Lactation Education Resources” proqram direktorudur.
Tərcümə edən: Həmidə AğaHüseynova,

Əmizdirən ana,
“VİBaby” layihəsinin üzvü.

vib.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri