Körpüdə qəzaya səbəb olan avtomobil şahə qalxdı; sürücü və sərnişin yaralandı FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Tekirdağ şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil maneəyə çırpıldıqdan sonra dik vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında Tekirdağın Muratlı rayonu ilə Kırklarelinin Lüleburgaz rayonunu birləşdirən magistral yolda, Büyükkarıştıran qəsəbəsi yaxınlığında qeydə alınıb. Sürücünün idarə etdiyi 59-ALP-120 nömrə nişanlı avtomobilin idarəetməsini itirməsi nəticəsində yol kənarındakı maneələrə çırpılıb. Güclü zərbədən sonra avtomobil dik vəziyyətdə qalıb və qısa müddət sonra sürüşərək düzgün istiqaməti bərpa edə bilib. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və xilasedici qruplar cəlb olunub. Yaralılar Tekirdağ İsmail Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Eltac Zülfüqaroğlu
Baxış sayı:93
Bu xəbər 02 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















