Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
Icma.az, Olke.az saytına istinadən bildirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.
Ölkə.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar. Bəyənnamənin digər mövzusu kosmik agentliklərin ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqlarını artıraraq onların ehtiyaclarını daha dərindən anlamaq və peyklərlə əldə etdikləri məlumatları istifadəçilərə daha rahat şəkildə çatdırmaları ilə bağlıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















