Kosmik simfoniya : NASA nəhəng qara dəliyin ulamağa bənzəyən şeytani melodiyasını paylaşdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
NASA alimləri ilk dəfə nəhəng qara dəlikdən gələn səs dalğalarını insan qulağının eşidə biləcəyi audioyazıya çeviriblər. Bu "kosmik konsert" "Chandra" rentgen rəsədxanasından əldə edilən məlumatlar sayəsində mümkün olub.
Oxu.Az bu barədə NASA-nın saytına istinadla xəbər verib.
Bildirilir ki, "Perseus" qalaktika toplusunun mərkəzində yerləşən qara dəlik Yerdən 250 milyon işıq ili məsafədə yerləşir, lakin onun "səsini" indi eşitmək mümkündür. Qara dəlikdən yayılan səs dalğaları hələ 2003-cü ildə aşkar edilib, lakin onların tezliyi o qədər aşağı olub ki, insan qulağı onları qəbul edə bilmirdi.
Alimlər onları dinləmək üçün tezliyi 58 oktava yüksəldiblər. Nəticədə, tədqiqatçıların sözlərinə görə, "təkcə qorxuducu deyil, həm də bir qədər şeytani" səslənən dəhşətli ulamaya bənzər melodiya yarandı.
"Bu, qara dəliyin səs dalğalarını əldə edə bildiyimiz ilk haldır", - deyə tədqiqatçılar qeyd ediblər.
Kosmik "simfoniya": NASA nəhəng qara dəliyin ulamağa bənzəyən "şeytani" melodiyasını paylaşdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 29 Yanvar 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















