Icma.az
close
up
RU
NASA kosmik mühərrik yaradacaq

NASA kosmik mühərrik yaradacaq

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Kosmosun tədqiq edilməsinin əsas məqsədlərdən biri də yaxın gələcəkdə Mars planetinə insan göndərməkdir. Alimlər bildirirlər ki, Marsa çatmaq həm də çoxlu sayda mühəndislik problemlərini tamamilə həll etməklə yanaşı, Yerdən 228 milyon kilometr aralıdakı çox böyük bir məsafəni əhatə etmək deməkdir.
Reyting.az
xəbər verir ki, tədqiqatçıların fikrincə, onlar müasir elm aləmindəki yeniliklərdən faydalanmaqla bəzi texnoloji dəyişikliklər edə bilərlər. Bunun praktiki nəticəsində nüvə elektrik mühərrikləri prosesini sürətləndirmək və hətta Marsa səyahət vaxtını da azaltmaq mümkündür. Elə buna görə də NASA əməkdaşları, alimlər kosmos səyahətlərində insanların istifadələrini genişləndirmək məqsədi daşıyan yeni bir sistem hazırlayıblar.
Yeni "MARVL" sisteminin başlıca məqsədi əsasən nüvə elektrik mühərriki qurğusu üçün modul istilik təsirini demək olar ki, tam aradan qaldırmaq gücünə malik olan bir sistemi inkişaf etdirməkdir. Bu barədə geniş məlumatlar verən "Unian" nəşrinin yaydığı hesabatlara görə, həmin sistemin kosmosda, üstəlik, robotlar tərəfindən yığıla bilən kiçik komponentlərdən ibarət olduğu deyilir ki, bu da nüvə mühərrikini irimiqyaslı digər kosmik missiyalar üçün də daha praktik hala gətirir.

Mütəxəssislərin sözlərinə görə, nüvə elektrik mühərrikləri elektrik enerjisinin istehsalı üçün nüvə reaktorundan istifadə edəcək. Həmçinin bu elektrik daha sonra qazları ionlaşdırmaqla bərabər, sürətləndirmək üçün də istifadə olunur. Bu da istənilən nəticəyə gətirib çıxara biləcək və sonda NASA kosmik gəmisini hərəkətə gətirmək üçün çox güclü təkan yaradacaq.
Elm adamları onu da vurğulayıblar ki, bir nüvə reaktoru uzunməsafəli kosmos səyahəti üçün tam lazım olduğu qədər və böyük miqdarda istilik əmələ gəlməsini tələb edir. Bu yeni qurğunun, mühərrik modulunun sahəsi təyin olunub genişləndirildikdə isə istilik yayan radiatorların sırası təxminən futbol meydançasına bərabər bir ərazini tutacaq. NASA-nın yeni "MARVL" layihəsinin həlli üçün nəzərdə tutulan ən əsas, həm də böyük problem məhz budur. Alimlər bunu Marsa uçuş məşqi adlandırıblar.
Lakin bu çətin problemin çıxış yolunun olduğunu deyən NASA tədqiqatçılarının fikrincə, onlar bütün sistemi bir anda işə salmaq əvəzinə, əvvəlcədən hazırlanmış qaydada fərdi komponentləri daşımağı daha uyğun hesab edirlər.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri