Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Kosmos: Elmdən müharibəyə ötürülən meydan

Kosmos: Elmdən müharibəyə ötürülən meydan

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu baxımdan mütəxəssislər vurğulayırlar ki, gələcəkdə bəşəriyyəti müharibəyə sürükləyən səbəblər artıq Yerin torpaqlarından, mənbələrindən, imkanlarından fövqə qalxacaq, dövlətlər məhz kosmos meydanında öz güclərini göstərəcək, bir-birini üstələmək uğrunda yarışacaqlar. Bu cür müharibələrdə top-tüfəngdən ziyadə texnologiya silahı işə salınacaq.
Hərbi obyektləri, aviabazaları, gəmi marşrutlarını, raket qurğularını və digər strateji nöqtələri izləmək imkanı yaradan kəşfiyyat peykləri; ballistik raketlərin fəaliyyətindən saniyəbəsaniyə xəbər verən orbit sensorları; eyni zamanda, innovativ avadanlıqlar hazırlayaraq dünya ilə yanaşı kosmosun da rabitəsini nəzarətdə saxlayan iri texnoloji şirkətlər – sadalananlar gələcəyin müharibə silahlarının ümumi mənzərəsidir.
Əslində, bu müharibə çoxdan başlayıb. SSRİ ilə ABŞ-nin elmi-texniki rəqabət çərçivəsində başlatdıqları kosmosda güc yarışı, şübhəsiz, fəza müharibəsinin başlanğıcı sayıla bilər. Həmin dövrdə bu yarış zahirən sülhməramlı sınaqlardan, kosmosa elmi məqsədlər naminə süni peyk göndərməkdən, ulduzlara çatma cəhdlərindən ibarət görünürdü, amma özlüyündə iki fövqəldövlətin apardığı soyuq müharibənin təzahürlərindən biri idi.

Müasir dövrdə müxtəlif dövlətlərin inadkar "ulduzlara çatma cəhdləri" üzərindən kövrək elm pərdəsi artıq götürülüb. Hazırda, demək mümkündür ki, kosmosla əlaqədar bütün fəaliyyətlər hərbi qüdrətin maksimum nöqtəsini vurğulamaq mahiyyəti daşıyır. Belə qənaət formalaşıb ki, daha təkcə Yer üzündəki payına yox, kosmosa da ən güclü, ən əhatəli, daha doğrusu, "ən innovativ və texnoloji" biçimdə hökmran kəsilən tərəf ən böyük strateji imkanlara malikdir. Kosmosda müharibə də məhz bu imkanları özündə cəmləyən, daha da irəliyə aparan, bu minvalda toqquşan tərəflərin arasında qopacaq.
Amerikalı analitik və nəzəriyyəçi Con Arkilla öz kitablarında yazır ki, gələcəkdə müharibə meydanı tədricən coğrafi məkandan uzaqlaşaraq kiberməkana ötürüləcək. Onun mülahizəsinə görə, müasir münaqişələr artıq ənənəvi orduların yox, informasiya axınlarının, kiberşəbəkələrin arasında aparılır. Burada birbaşa hücumlardan ziyadə informasiya sistemlərinə nəzarət, ictimai rəyin istiqamətləndirilməsi, düşmənin imkanlarının texnologiya hesabına iflic halına salınması və s. addımlar daha əhəmiyyətlidir. Kosmosda "güc toplamaq" da belə bir strategiyanın vacib hissəsidir.
Bu müharibədə mövcud və potensial qütblər çoxdur: ABŞ-Rusiya, Avropa-Rusiya, ABŞ-Çin, Çin-Hindistan, İran-İsrail, ABŞ-İran, Hindistan-Pakistan, Cənubi Koreya-Şimali Koreya və s. Eyni zamanda, müxtəlif dövlətləri öz maraqları çərçivəsində birləşdirən, müxtəlif sahələrə fokuslanan beynəlxalq təşkilatlar da gələcəyin mümkün müharibələrində, söz yox ki, müəyyən tərəfdə dayanacaqlar. Hazırda kosmos üzərində ABŞ və Çin arasında çəkişmə daha çox nəzərə çarpır. Məlumdur ki, 2019-cu ildə ABŞ Müdafiə Departamenti nəzdində "Kosmik Qüvvələr" adlı şöbə qurulub. Çin də özünün müstəqil kosmik imkanklarını mütəmadi irəliyə apararaq böyüdür; keçən ilin aprelində bu ölkə də özünün Kosmik Qüvvələrini toplayıb. Digər bir sıra ölkənin, o cümlədən Rusiyanın, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın, İranın, Hindistanın, Cənubi Koreyanın da oxşar qoşun bölmələri var. 2013-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində də "Müttəfiq Hava Komandanlığı" adı altında qərargah yaradılıb ki, fəaliyyət sahələrindən biri məhz kosmosdur.

(Prezident Emmanuel Makron Fransa Kosmik Komandanlığının yeni qərargahının açılışında. 12 noyabr 2025-ci il, Tuluza şəhəri)
Fransa Prezidenti Emmanuel Makron noyabrın 12-də ölkənin cənubunda yerləşən Tuluza şəhərində Kosmik Komandanlığının yeni qərargahının açılışında gələcəyin müharibə anlayışına dair maraqlı fikirlər dilə gətirib. O, dünyada kosmik müharibəyə aparan qığılcımların şiddətləndiyini, bu mənada hökumətin yeni strategiya hazırladığını vurğulayıb. Dövlət başçısının sözlərinə görə, orduya "daha aqressiv" vasitələr veriləcək, xüsusən peyklərin mühafizəsi istiqamətində imkanlar artırılacaq:
"Kosmos döyüş meydanına çevrilib. Bu yeni sahənin vəhşiləşdiyi dövrdə yaşayırıq. Bugünkü müharibə artıq kosmosda aparılır, sabahkı müharibə də məhz orada başlayacaq. Hazır dayanmalıyıq, çünki bu, quruda, havada və dənizdə hərbi əməliyyatların uğuru naminə əsas şərt sayılacaq".
Emmanuel Makronun ifadələri bu məqalədə diqqətə çatdırmaq istədiyimiz bütün fikir və mülahizələri ən lakonik şəkildə ümumiləşdirir. Onun peyklərin mühafizəsindən ələlxüsus danışması da əbəs deyil. Axı süni peyklər dövlətlərin həm kosmosda, həm də kosmos vasitəsilə dünyada ən sərrast, ən əhatəli göz-qulağıdır. Bu nəhəng avadanlıqların qorunması, habelə inkişafı artıq bilavasitə dövlətin gücü deməkdir.

Son illər münasibətləri çox gərgin vəziyyətə gəlmiş ölkələr arasında vaxt-bivaxt irili-xırdalı, soyuq, ya isti toqquşmalar baş verir: Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağında İsrail-HƏMAS münaqişəsi, İsrailin İranla və onun himayəsindəki qruplaşmalarla döyüşləri, Pakistan və Hindistan arasında qanlı insidentlər, Uzaq Şərqdə, Afrikada, başqa nöqtələrdə müxtəlif çaplı silahlı hadisələr; eyni zamanda, Rusiyanın ABŞ və Avropa ilə dalğalanan problemləri. Əlbəttə, sadalanan tərəflərin kosmik səviyyədə müharibəyə atılacağını demək düzgün səslənməz, amma kosmik vasitələrin münaqişələrdə istifadəsi, əlbəttə, reallıqdır. Məsələn, düşmənin peyk rabitəsinin, GPS sistemlərinin və kəşfiyyat infrastrukturlarının sıradan çıxarılması, strateji obyektlərinin mövqeyinin müəyyənləşdirilməsi, oxşar hərəkət imkanlarının birbaşa hədəfə alınaraq sıradan çıxarılması, hətta orbitdəki peyklərə fiziki mənada zərbə endirilməsi – artıq illərdir ki, işlədilən, yaxud işlədilməsi mümkün müharibə fəndləridir. Bir daha vurğulamaq lazımdır ki, bu addımların uğurla həyata keçirilməsi dövlətin kosmos sahəsində gücünün dərəcəsindən birbaşa asılıdır.

Şübhəsiz, müharibənin kosmikləşməsi, öz növbəsində, onun dünyaya, bəşəriyyətə vurduğu ziyanı da böyüdür. Gələcəkdə orbit üzərindəki peyklərin vurulması, yaxud bu qəbildən partlayışlar nəzarətsiz dağıntılar əmələ gətirə, minlərlə peyk və stansiyanı təhlükə altına sala, həyati əhəmiyyətli GPS xidmətləri, internet əlaqələri və hava-nəqliyyat şəbəkələri tamamilə pozula, ciddi qlobal problem yarada bilər. Bu problemin elə bir səviyyəyə çatması mümkündür ki, kosmik rabitə imkanları və avadanlıqlar yararsız vəziyyətə düşə, bəşəriyyət kosmosla əlaqəsini uzun müddət, hətta həmişəlik itirə bilər.
Münaqişələrin, toqquşmaların, müharibələrin həm formaca, həm də mahiyyətcə kosmikləşməsi onları meydana gətirən dövlətlərin ərazi, sərhəd, coğrafi mövqe və ümumiyyətlə varlıq anlayışlarına da, şübhəsiz, təsir göstərəcək. Bu baxımdan gələcəkdə elə bir vəziyyət üzə çıxacaq ki, dövlətin mövcudluğu üçün onun hər hansı quru parçasında, konkret sərhədlər daxilində yerləşib-yerləşməməsi yox, öz qüdrətini hansı dərəcə və radiusda yaymağı bacarması birinci şərt sayılacaq...
Bu proses, bu mənzərə daha fantastik filmlərin mövzusu deyil. Kosmosun müharibə meydanına çevrilməsi dövlətlərin hərbi doktrinalarında artıq öz əksini tapır. Fəzada münaqişələrin, əlbəttə, silahlı qarşıdurma formasında yox, peyk sistemlərinə hücumlar, kibermüdaxilələr və orbital manevrlər şəklində baş verməsi daha çox gözləniləndir. Kosmosun hərbiləşdirilməsinin qarşısını almaq məqsədilə beynəlxalq hüquq gücləndirməli, kosmosdan qlobal istifadə qaydaları yaradılmalı, sülh təşəbbüslərini genişləndirməlidir. Əks təqdirdə, hətta ən xırda kosmik toqquşma yalnız müəyyən ölkələrə yox, bütün bəşəriyyətə ağır zərbə vura bilər.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri