Icma.az
close
up
RU
Mədəniyyət elmdən güc alır

Mədəniyyət elmdən güc alır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan azsaylı ölkələrdəndir ki, burada mədəniyyətin bütün sahələri dövlətin davamlı diqqət və qayğısı ilə əhatə olunur, onun qorunması, inkişafı və sistemli təbliğatına xidmət edən mühüm işlər görülür.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) də öz fəaliyyətini məhz bu istiqamətdə qurub. 2025-ci ilin ilk yarısında mərkəz tərəfindən paytaxtla yanaşı, bölgələri də əhatə edən diqqətəlayiq silsilə layihə və tədbirlər reallaşdırılaraq tariximizin, elm və incəsənətimizin, sənət və sənətkarlığın peşəkar səviyyədə təbliğinə nail olunub.

Ötən dövr ərzində milli və beynəlxalq əhəmiyyətli əlamətdar tarixi günlər, qan yaddaşı və tanınmış şəxsiyyətlərin yubileyinə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə mərkəzin əməkdaşları ilə bərabər, müvafiq qurumlardan mütəxəssislərin də iştirakı təmin edilib.

MEMİM-in “Mədəniyyət rüzgarı” layihəsi və bu çərçivədə təşkil olunan “Mədəni irsini qoru” infoturu maraqlı layihələrdəndir. Mərkəzlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə dəstəyi ilə həyata keçirilib. Əsas məqsəd tarixi-mədəni irsin mühafizəsi ilə bağlı müxtəlif tədbirlər, bərpa və konservasiya işləri, praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Bakıdakı Zəngərpalan hamamına və qədim Gəncəyə ekskursiyalar təşkil olunub.

Dövrümüzün sənətkarları sələflərinin yolunu layiqincə davam etdirərək həm öz ustadlarının ənənələrini yaşadır, həm də sənətdə yeni cığırlar açırlar. MEMİM-in belə layihələri sırasında “Sənətkarın dostu” xüsusi maraq doğurur. Layihə gənclərin tanınmış bir mədəniyyət xadiminin sənət dünyasına səyahətini nəzərdə tutur. Bu, estetik zövqün formalaşması və sənətə münasibətin peşəkar səviyyədə inkişafına təkan verir. Cari ilin 6 ayı ərzində xalq artistləri – xoreoqraf Rüfət Xəlilzadə və bəstəkar Salman Qənbərovla Bakıda, xanəndə-pedaqoqlar Zabit Nəbizadə ilə Qax rayonunda, Mələkxanım Eyubova ilə Şamaxıda, Teyyub Aslanovla Gəncədə maraqlı görüşlər təşkil edilib. Onlar ustad-tələbə münasibətləri, ifaçılığın sirləri barədə fikirlərini bölüşüb, tamaşaçılara unudulmaz sənət zövqü yaşadıblar.

Teatrın cəmiyyətdə təbliğinə də önəm verilir. “Nəsildən nəslə teatr” layihəsi bu baxımdan dəyərli təşəbbüsdür. Əməkdar artist, rejissor, aktyor Nicat Kazımovun iştirakı ilə Bakıda, Xalq artisti, aparıcı səhnə ustası Nurəddin Mehdixanlının iştirakı ilə Gəncədə uğurla gerçəkləşən seminarlar böyük maraqla qarşılanıb.

Mərkəzin teatrla bağlı ötən ildən təşkil etdiyi daha bir layihə “Regionlarda peşəkar teatr dərsləri”dir. Qazax Dövlət Dram Teatrında reallaşan təlimdə rejissor Ceyhun Dadaşov və teatrşünas, MEMİM-in əməkdaşı Dağlar Yusif səhnə sənəti ənənələri və çağdaş teatr estetikası ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Qaxda keçirilən növbəti təlim isə Əməkdar artist, pedaqoq Qasım Nağı və Dağlar Yusifin iştirakı ilə baş tutub.

“Aktyorluğu öyrən” layihəsi də böyük maraqla qarşılanır. MEMİM və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi azyaşlı, yeniyetmə və gənclərdə teatr, eləcə də kino sənətinə marağın artırılması, aktyorluq sənəti üzrə ilkin biliklərin onlara öyrədilməsidir. Layihə üzrə Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsərləri əsasında tamaşalar nümayiş olunub.

MEMİM-in diqqətçəkən layihələri sırasında “Ustad dərsləri”nin də xüsusi yeri var. Layihə uşaq musiqi və incəsənət məktəblərində təhsil prosesinin peşəkar səviyyədə qurulması, bu sahədə fəaliyyət göstərən müəllimlərin, eləcə də şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir. Layihə üzrə Bakı və Gəncə şəhərlərində, Sabirabad və Siyəzən rayonlarında gerçəkləşən ustad dərsləri tanınmış ifaçı və pedaqoqlar tərəfindən aparılıb. Üzeyir Hacıbəylinin Ev-Muzeyində keçirilən ustad dərsi xüsusilə əlamətdar olub. MEMİM və “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ustad dərsində italyan pianoçu Elena Chiaveqato da iştirak edib.

“Ustad dərsləri” layihəsi ilə yanaşı, MEMİM tərəfindən müxtəlif sahələri əhatə edən təlim kursları da təşkil olunur. Buna misal olaraq, kitabxana və muzey əməkdaşları üçün Bakıda və Gəncədə keçirilən təlimləri qeyd edə bilərik.

İlin əvvəlindən MEMİM-in əməkdaşları uşaq musiqi və incəsənət məktəbləri üçün tədris proqramlarının hazırlanmasında da iştirak edib, bu məktəblərin müəllimlərinin peşə, səriştə və bacarıqlarının ölçülməsi məqsədilə həyata keçirilən attestasiya prosesinə də yaxından dəstək veriblər.

MEMİM-in dəstəyi və tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində “Milli mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”, Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Gəncə Dövlət Universitetində “Musiqidə milli ənənələrin təcəssümü” mövzularında elmi-praktiki seminarlar keçirilib. Bu və digər tədbirlər MEMİM-in media orqanları və televiziyalarla uğurlu əməkdaşlığını da təmin edib. Layihələr üzrə işlər mətbuatda geniş işıqlandırılıb.

Qarşıda isə mədəniyyətimizin inkişafına xidmət edəcək yeni hədəflər var...

Səadət TƏHMİRAZQIZI,
MEMİM-in metodiki iş sektorunun mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri