Kostanyan: Ermənistan Tramp marşrutu nu həyata keçirmək üçün yeni şirkət yaradacaq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Tramp marşrutu" layihəsinin bəzi detalları (Zəngəzur dəhlizi, TRIPP) artıq razılaşdırılıb və onun həyata keçirilməsi üçün Ermənistanda yerli və ABŞ təmsilçilərinin iştirakı ilə yeni şirkət yaradılacaq".
Oxu.Az xəbər verir ki, bunu İranın İRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Layihədə səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək yeni şirkətin qeydiyyatı da var. Lakin bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur. İranın bu narahatlığı aradan qaldırılıb", - o deyib.
Kostanyan qeyd edib ki, avqustun 13-14-də İranda keçirilən danışıqlarda Tehranın ABŞ-nin rolu ilə bağlı narahatlığı müzakirə olunub.
"Mən buraya o mesajla gəldim ki, Ermənistan İranın mövqeyini nəzərə alır. Bu həssas məsələlər "Tramp marşrutu" nəqliyyat layihəsi üzrə ilkin danışıqlar zamanı nəzərə alınıb", - nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 Avqust 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















