Kostanyanın Suriya səfərinin səbəbləri məlum oldu: İrəvan Dəməşqdən nə istəyib? KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqə səfəri zamanı Suriyaya yardım göstərməyə hazır olduqlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Kostanyan İrəvanın Suriyaya yardım etməyə hazır olduğu sahələrinin adını çəkib.
Vahan Kostanyan suriyalı həmkarı Əsəd Əl-Şaybani ilə görüşdə İrəvanın Dəməşqə humanitar sahədə və islahatların həyata keçirilməsində yardım etməyə hazır olduğunu bəyan edib.
O səfərin erməni tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.
“Məqsəd Suriyanın yeni rəhbərliyi ilə əlaqələr qurmaq, iki ölkə arasında ənənəvi dostluq əməkdaşlığını bərpa etmək, həmçinin erməni icmasının problemlərini müzakirəyə çıxarmaqdır. Biz sosial-iqtisadi, humanitar, mədəni və təhsil sahələrində aparılan islahatlar və müharibədən sonra ölkənin yenidən qurulması kontekstində dəstəyə hazırıq”, – deyə Kostanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















