Icma.az
close
up
RU
“Kral ölən kimi ətrafını da basdırmaq lazım deyil” “Onlara heç nə verən yoxdur deyə “prinsipial” görünürlər”

“Kral ölən kimi ətrafını da basdırmaq lazım deyil” “Onlara heç nə verən yoxdur deyə “prinsipial” görünürlər”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Gününsəsi.info”ya müsahibəsində icbari tibbi sığortanın işsizlər üçün pullu olması, ölkədə işsizlik vəziyyəti, təhsil sistemindəki böhran, müxalifətin hazırkı durumu və siyasət meydanının görünməyən tərəfləri barədə maraqlı fikirlər səsləndirib.

Deputat icbari tibbi sığortanın işsizlər üçün də ödənişli olmasını düzgün hesab etmir: “Tibb və təhsil sahələri dövlətin əsas məsuliyyət zonasıdır. Dövlət sağlam və təhsilli vətəndaş yetişdirməyə borcludur. İcbari tibbi sığorta gələndən yoxsul təbəqə çox fayda gördü, büdcədən böyük vəsait ayrılırdı. İndi imkanlar azalıb. Amma işsizdən pul tələb etmək səhv addımdır: insan işləmirsə, hardan versin?”

Fazil Mustafa hesab edir ki, qərara yenidən baxılmalıdır: “İşsizliyin 90 faizi iş yerinin olmamasından qaynaqlanır. Dövlət ali təhsilli, amma iş tapa bilməyən gəncə şərait yaratmalıdır”.

Deputat seçicilərdən işsizliklə bağlı çoxsaylı müraciətlər aldığını deyir, lakin əlavə edir ki, özəl sektorun böyük qismi artıq fəaliyyətsizdir.

F.Mustafa tez-tez siyasi gündəmin mərkəzində olmasına dair iradlarla razılaşsa da, bunu “illərin mövqeyi” adlandırır: “Siyasətdə iki yol var: ideologiyaya sonadək sədaqət və ya məsuliyyət əxlaqı. Mənim üçün əsas hədəf – dövlətin müstəqilliyi və təhlükəsizliyi olub. Yorulmuram, çünki məqsəd faydalı olmaqdır”.

Deputat Azərbaycan xalqının bu gün “demokratiyadan çox təhlükəsizliyə üstünlük verdiyini” bildirir: “Xalq Ukraynaya, Suriyaya baxır. Kim istəyər ki, başına bomba yağsın? Dövlətin ana siyasəti təhlükəsizlikdir. Qalan sahələr sonradan həll olunur”.

Fazil Mustafa təhsil sistemini ən böyük problemlərdən biri sayır: “Dünya səviyyəsində tanıdığımız universitet yoxdur;

Orta təhsil sistemli deyil;

Məktəbəqədər təhsil problemlidir;

Uşağı məktəbə aparan avtobus yoxdur, valideyn üçün gözləmə otağı belə yoxdur;

İdman zalı, akt zalı, üzgüçülük hovuzu olmayan məktəblərdə şagird necə inkişaf edəcək?”

Onun fikrincə, Azərbaycanda yalnız “universitetə qəbul olmaq” məqsədi ilə davam edən təhsil strategiyası yanlışdır.

Deputat müsahibədə 90-cı illərin siyasi proseslərinə də toxunub. Hərbi xidmətdən sonra AXC-dən ayrılmasını belə izah edir: “Elçibəy dövrü bitəndən sonra normal şəkildə yeni təşkilat yaratdıq. Elçibəy mənim müəllimimdir, dostumdur. Amma bu gün onun bəzi tezisləri ilə razı deyiləm”.

Elçibəyə münasibətinin şəxsi bağlılıq olduğunu vurğulayan deputat qeyd edir: “Kral ölən kimi ətrafını da basdırmaq lazım deyil”.

F.Mustafa siyasətdə radikal xəttin mənasız olduğunu deyir: “Ölümünə hakimiyyət uğrunda mübarizə yalnız müstəqillik uğrunda döyüşdə ola bilər. Əsas məsələ xalqı demokratiyaya hazırlamaqdır”.

Deputat misal göstərir: “Mollanın arxasına yüz min adam yığılır, amma iki filosof ölür – heç kimin xəbəri olmur. Bu cəmiyyətin reallığıdır. O reallığı nəzərə almayan siyasət uğurlu ola bilməz”.

Deputata görə, Azərbaycan ziyalısı da öz funksiyasını yerinə yetirmir: “Alim cəmiyyətə qarşı savaşmır, yazıçı kütləyə yarınır, ədəbiyyatda püxtələşmə yoxdur...”

Fazil Mustafa hesab edir ki, təhsil və fəlsəfə sahəsindəki problemlər ziyalı tipinin formalaşmasına mane olur.

Deputat ədəbiyyat sahəsindəki geriləmənin səbəbini izah edir: “60-cı illər nəslinin üstünlüyü var idi – dünya görüşlü idilər. Bu gün isə məktəb keçməyən, oxumayan adamlar yazıçı kimi yetişir”.

Bununla belə, o, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı kimi şairləri fərqli poetik yol yaratdıqları üçün dəyərləndirir.

Müxalifətin kəskin mübarizə metodları barədə isə o, çox açıq danışır: “30 il küçələrdə insanları həbsxanalarda çürütməyin nə anlamı var? Küçə ilə nəsə dəyişmək ağılsızlıqdır. Sosial şəbəkə var, esse yaz, roman yaz, milyonlara təsir et”.

Deputat öz partiyasına tez-tez yönəldilən “hakimiyyətlə əməkdaşlıq” ittihamlarına cavab verir: “Bizim üçün Azərbaycanın taleyi önəmlidir. Lazım olsa, hakimiyyətlə, lazım olsa müxalifətlə əməkdaşlıq edərik. Amma hazırda müxalifətin fəlsəfəsi yanlışdır”.

Radikal düşərgəni sərt tənqid edən Fazil Mustafa bildirir: “Bu gün o adamları dəvət etsələr, yenə gedəcəklər. 1995-ci ildə də belə olub, 2000-ci ildə də. Onlara heç nə verən yoxdur deyə “prinsipial” görünürlər”.

Fazil Mustafa 20 il əvvəlki radikal mövqelərinin indi də arxasında dayandığını deyir: “Mən kişi kimi mübarizə aparmışam, onunla fəxr edirəm. Amma insan zənginləşir, dəyişir. Kitab oxuduqca, dünyagörüş artdıqca mövqelər də formalaşır”.

Müsahibənin sonunda deputat müxalifətin bəzi təbəqələrinə yönəlmiş ifadələrə münasibət bildirib: “”Avtobus müxalifəti” kimi terminləri düzgün saymıram. Hər kəsin ayrı yolu, ayrı məqsədi var. Sadəcə, problem ondadır ki, çoxları siyasəti yanlış platformada aparır”.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri