Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Kralın qalmaqallı qardaşına daha bir ittiham

Kralın qalmaqallı qardaşına daha bir ittiham

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu barəsində yeni ittihamlarla bağlı polis araşdırmaya başlayıb.

Axşam.az xəbər verir ki, "The Sunday Times" qəzetinin məlumatına görə, 2002-ci ilin yayında "Royal Ascot" at yarışları zamanı bir qadına qarşı uyğunsuz davranışda şübhəli bilinir.

Hadisənin detalları açıqlanmayıb. Bildirilir ki, tədbirdə mərhum kraliça Elizabet II, o dövrdə şahzadə olan Çarlz və Endryunun qızı Şahzadə Euqin də iştirak ediblər. Məlumata görə, bu iş Endryu ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə şübhələri üzrə aparılan ümumi araşdırmanın bir hissəsidir.

Qeyd edək ki, fevralın 19-da Endryu vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmışdı. "BBC" bu hadisəni Ceffri Epştyn işi ilə əlaqəli istintaqla bağlamışdı. Keçmiş şahzadə bütün ittihamları rədd edib. Qalmaqaldan sonra kral ailəsinin müşavirləri ona ən sevdiyi məşğuliyyətlərdən biri olan at sürməyə məhdudiyyət qoyublar. Onların fikrincə, istintaq altında olan Endryunun fotoqraflar qarşısında həddindən artıq rahat və şən görünməsi düzgün deyil.

Endryunun adı Epşteyn ilə bağlı seks cinayətləri qalmaqalında ilk dəfə 2015-ci ildə hallanmışdı. Zərərçəkmiş Virciniya bildirmişdi ki, maliyyəçi onu azyaşlı olduğu dövrdə varlı və nüfuzlu şəxslərə təqdim edib və dəfələrlə Endryu ilə cinsi əlaqəyə məcbur edib.

Bu yaxınlarda başqa bir qadın da Epşteynin onu Endryu ilə cinsi əlaqə üçün Böyük Britaniyaya göndərdiyini iddia edib. Qadının sözlərinə görə, Endryu ilə keçirdiyi gecədən sonra ona Bukinqam sarayında ekskursiya təşkil olunub və çay süfrəsinə dəvət edilib.

2019-cu ildə Endryu kral ailəsindəki rəsmi vəzifələrini dayandırıb, 2022-ci ildə isə qalmaqala görə bütün hərbi titullarından məhrum edilib. O, ittihamları qəbul etməsə də, 2022-ci ildə Virciniya Kuffrenin mülki iddiasını məhkəmədənkənar razılaşma ilə həll edib, ona açıqlanmayan məbləğdə ödəniş edib və xeyriyyə məqsədlərinə böyük ianə ayırıb. 2025-ci ilin oktyabrında isə kral Endryunu bütün titullarından məhrum edib və kral iqamətgahından çıxarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axsam.az
archiveBu xəbər 28 May 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri