Icma.az
close
up
RU
“Krasnodar” Kordobanın sayəsində liderliyini qorudu

“Krasnodar” Kordobanın sayəsində liderliyini qorudu

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Tur iddialılar üçün uğurlu alındı.

"Football-plus.az" xəbər verir ki, böhrandan çıxa bilməyən və bu dəfə evdə ÇSKA-ya uduzan “Akron”un qələbəsiz seriyası 7 oyuna yüksəldi. Maraqlıdı ki, bu görüşdə “hərbçilər”in qələbə qolu yeni tətbiq olunan qayda sayəsində vuruldu. “Akron”un qapıçısı topu 11 saniyə əlində saxladığından hakim künc zərbəsi təyin etdi və məhz bu epizod qolla nəticələndi! “Krılya Sovetov” “Zenit”lə səfər oyununda pis təsir bağışlamasa da, xal qopara bilmədi. Rusiya futbolunda ən çox tənqid olunan forvardların başında gələn Sobolevin premyer-liqada ardıcıl 4-cü oyunda fərqlənməsi diqqəti çəkdi. “Zenit” müstəqil Rusiya çempionatında ilk dəfə dəfə bir mövsümün gedişində evdə 10 oyunluq qələbə seriyası yaxaladı.
2022-ci ildəki 13 oyunluq seriya iki mövsümə yayılmışdı. Premyer-liqada bir mövsüm ərzində sonuncu dəfə belə seriya yaxalayan klub 2016/17-də “Spartak” olmuşdu. Moskva “Dinamo”su autsayder “Orenburq”la ev oyununda əvvəlcə 2:0, sonra 3:2 öndə olmasına baxmayaraq, xal itirdi. “Dinamo” bu mövsüm hesabda öndə olduğu oyunlarda ən çox (17) xal itirən komandadı. Tyukavin “Dinamo”da 56-cı qolunu vurdu və XXI əsrdə klubun ən məhsuldar oyunçusu olan Kevin Kuranyiyə çatdı. Kordoba “Krasnodar”ı çiynində daşımaqda davam edir. Kolumbiyalı forvard çətin Qroznı səfərində son anlarda fərqlənməklə komandasına həyat verdi. Məhz bu qol sayəsində “öküzlər” liderliyi davam etdirdilər. Amma növbəti turda “Zenit”in taleyi artıq öz əlində olacaq. Çünki Piterə məhz “Krasnodar” qonaq gələcək.
“Baltika” Mahaçqalada 1 xala şükür etməli oldu. Bu mövsüm müdafiəsi ilə diqqəti çəkən bu komanda son 8 ayda ilk dəfə bir oyunda 1-dən artıq qol buraxdı! Debütant sonuncu dəfə 3-cü turda – avqustun əvvəllərində “Orenburq”la ev oyununda (3:2) belə aqibətlə üzləşmişdi. “Rostov”un Nijni Novqorodu 1 qolla fəth etdiyi oyunda bu komandanın üzvü Viktor Melexin 22 yaş 1 aylığında XXI əsrdə Rusiya çempionatında 100 oyun həddinə ən gənc yaşda çatan mərkəz müdafiəçisinə çevrildi. Moskva derbisində isə “Lokomotiv” fasiləyə öndə yollanmasına baxmayaraq, sonda heç 1 xal da qazana bilmədi. 72-ci dəqiqədən azlıqda qalan “dəmiryolçular” bu mövsüm ilk dəfə Moskva təmsilçisinə boyun əydilər. “Spartak” isə bu mövsüm hesabda geridə olduğu oyunlarda ən çox (12) xal qazanan komandadı.
23-ci tur
Zenit – Krılya Sovetov 2:1

Con, 49. Sobolev, 55 – Babkin, 75.
Zenit: D.Adamov, Karavayev (Drkuşiç, 78), Diveyev, Nino, Veqa, Barrios (D.Santos, 62), Vendel (Pedro Enrike, 70), Qorşkov (Kondakov, 70), Con, Qluşenkov (Luis Enrike, 62), Sobolev.
Axmat – Krasnodar 0:1
Kordoba, 86.
Krasnodar: Aqkatsev, Paltsev (Kobnan, 73), Tormena, Kosta, Olasa, Krivtsov, Lenini, Qonsales, Spertsyan (Çernikov, 60), Batçi (Boselli, 75), Kordoba.
Spartak – Lokomotiv 2:1
Barko, 66-p. Solari, 83 – Montes, 23.
Spartak: Maksimenko, Denisov, Vu, Ciku, Zobnin, Litvinov, Umyarov, Barko, Fernandeş (Polex, 79), Solari, L.Qarsiya (Uqalde, 46).
Lokomotiv: Mitryuşkin, Silyanov, Morozov, Montes, Fasson, Prutsev, Karpukas, Bakayev (Komliçenko, 68), Batrakov, Rudenko, Vorobyev (Nyamsi, 76).
Akron – ÇSKA 1:2
Dzyuba, 60-p. – Qondu, 5. Kruqovoy, 84.
ÇSKA: Akinfeyev, Qayiç, Lukin, Danilov (Viktor, 90+5), Kruqovoy, Kislyak, Barinov, Karmo (Kozlov, 66), Oblyakov (Musayev, 73), Qlebov (Rays, 66), Qondu.
Dinamo Mh – Baltika 2:2
Ağalarov, 53; 72-p. – Xil, 13. Varatınov, 81.
Dinamo M – Orenburq 3:3
Mufi, 29-öz qapısına. Tyukavin, 39. Bitello, 61 – Mufi, 45+2. Du Keyros, 51; 66.
Nijni Novqorod – Rostov 0:1
Ronaldo, 29.
Soçi – Rubin 0:1
Bezrukov, 20.
1. Krasnodar 23 16 4 3 48-16 52
2. Zenit 23 15 6 2 43-16 51
3. Lokomotiv 23 12 8 3 49-32 44
4. Baltika 23 11 10 2 32-11 43
5. ÇSKA 23 13 3 7 36-25 42
6. Spartak 23 12 5 6 37-31 41
7. Rubin 23 9 6 8 23-25 33
8. Dinamo M 23 8 7 8 40-33 31
9. Axmat 23 8 6 9 27-29 30
10. Rostov 23 6 7 10 18-25 25
11. Akron 23 5 7 11 28-40 22
12. Dinamo Mh 23 5 7 11 14-29 22
13. Krılya Sovetov 23 5 6 12 23-42 21
14. Nijni Novqorod 23 6 2 15 18-37 20
15. Orenburq 23 4 7 12 24-36 19
16. Soçi 23 2 3 18 20-53 9
Bombardirlər: Kordoba (Krasnodar) – 14, Xil (Baltika) – 13, Batrakov (Lokomotiv) – 12.
Növbəti turun oyunları aprelin 11-13-ü aralığında keçiriləcək: Zenit – Krasnodar, Krılya Sovetov – Axmat, ÇSKA – Soçi, Lokomotiv – Dinamo Mh, Rubin – Orenburq, Baltika – Nijni Novqorod, Rostov – Spartak, Akron – Dinamo M
Oyundan sonra
Xuan Karlos Karsedo, “Spartak”ın baş məşqçisi:

“Belə bir derbidə və vacib oyunda bu qədər qol fürsəti yaxalamağımız məni sevindirdi. Hərçənd ilk yarıda istədiklərimizi həyata keçirə bilmədik. Qarsiyanın fasilədə əvəzlənməsi də məhz bununla bağlı idi. İrəlidə hərəkətlilik çatışmırdı. Ancaq fasilədən sonra rəqibi bir baş üstələdik və 5-6 qol şansı yaxaladıq. Yaxşı formadayıq və kubokda “Zenit”lə oyuna yüksək əhval-ruhiyyədə çıxacağıq. Oyundan öncə futbolçularla söhbətdə onlara izah etmişdim ki, 1-2 oyunda qalib gəlmək asandı. Amma qələbə seriyası yaxalamaq daha vacib və çətindi. Biz indi bu seriyanı yaxalamışıq və bunu mümkün qədər çox davam etdirməyə çalışacağıq”.


Mixail Qalaktionov, “Lokomotiv”in baş məşqçisi:

“İlk yarıda oyuna çox yaxşı nəzarət edirdik. “Spartak”a qapımıza yaxınlaşmağa imkan vermədik. İkinci hissədə onlar təzyiqi və tempi artırdılar. Ancaq biz də səhvlərə yol verməyə başladıq. Qırmızı vərəqə bu səhvlərdən biridi. Oyunun taleyini ayrı-ayrı detallar həll etdi. Belə gərgin oyunlarda çalışmalıyıq, daha az səhvə yol verək. Elə ikinci buraxdığımız qolun əvvəlində də topu özümüz itirdik. İki fərqli hissə izlədik. Son anları hücumda keçirsək də, xal qazanmaq üçün kifayət etmədi. Morozovu penaltidən sonra nə üçün əvəzləmədim? Təcrübəli futbolçudu və onun daha səliqəli oynayacağına ümid bəsləyirdim”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri