Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Kreativ iqtisadiyyatın data modeli və əqli mülkiyyət

Kreativ iqtisadiyyatın data modeli və əqli mülkiyyət

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Bakıda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işinə başladı.

Əvvəlcə jurnalistlər üçün brifinq keçirildi. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının department direktorunun müavini Dimiter Qançev seminarın əhəmiyyəti və müzakirə olunacaq mövzu barədə ətraflı məlumat verdilər. Kamran İmanov bildirdi ki, seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının kreativ sənaye şöbəsinin rəhbəri, tanınmış mütəxəssis Dimiter Qançev başda olmaqla qurumun aparıcı mütəxəssisləri, eləcə də Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikalarını təmsil edən qonaqlar iştirak edirlər.

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarın əhəmiyyətini vurğulayan K.İmanov qeyd etdi ki, məclis yeni yanaşma və həllər yolunu özündə ehtiva etdiyi üçün innovasiyadır. Yaradıcılığı, ixtiraçılığın və özünüifadə etməyin fundamental insan bacarığını əsas götürərək seminar həmin keyfiyyətləri davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan Kreativ İqtisadiyyatın Data Modelini tətbiq etməyimizə dəstək göstərir.

K.İmanov diqqətə çatdırdı ki, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. Bu model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir. Onun sözlərinə görə, burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir. Qeyd olundu ki, iki gün davam edəcək seminar çərçivəsində tədbir iştirakçıları bu sahədə Azərbaycan təcrübəsi barədə dolğun məlumat əldə edə biləcəklər.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament direktorunun müavini, böyük menecer Dimiter Qançev qeyd etdi ki, yaradıcılıq məhsullarının dəyərinin verilməsi üçün müvafiq çərçivə olmalıdır. Təmsil etdiyi təşkilat tərəfindən 20 ildən çoxdur ki, xüsusi modelin işlənib hazırlandığını diqqətə çatdıran qurum rəsmisi bildirdi ki, Azərbaycan bu modeli tətbiq edən ilk ölkələrdəndir. “Biz artıq yeni mərhələyə çatmışıq və yeni model hazırlamışıq. Bizim yeni model kreativ sənayeni dəstəkləyən ekosistemi ölçür. Bu model Azərbaycanda da tətbiq ediləcək. Bizim son illər Azərbaycanla çox gözəl əməkdaşlığımız var. Biz şadıq ki, yeni modeli Azərbaycanda sınaqdan keçirəcəyik və bunu üçün Azərbaycanda hər cür şərait var, – deyə o əlavə etdi.

Sonra ölkəmizin nazirliklərinin, komitələrinin və dövlət agentliklərinin səlahiyyətli nümayəndələrinin, Milli Məclisin üzvlərinin, ali məktəb rəhbərlərinin və ictimai təşkilatların əməkdaşlarının iştirak etdikləri regional seminar öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov iştirakçıları salamlayaraq iki gün davam edəcək tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının peşəkar mütəxəssislərinin kreativ iqtisadiyyatın müxtəlif istiqamətlərinə dair maraqlı məruzələrinin dinləniləcəyini, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə fikir mübadiləsi aparılacağını, seminar iştirakçılarının bu sahədə Azərbaycanın təcrübəsi barədə dolğun məlumat əldə edə biləcəyini diqqətə çatdırdı.

K.İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan Kreativ İqtisadiyyatın Data Modelinin empirik dataların toplanmasında kreativ iqtisadiyyatın dəyərlənməsində çoxşahəli ölçü aləti rolunu oynadığını və geniş faktorların nəzərə almasına imkan yaratdığını bildirdi. Qeyd olundu ki, burada kreativ (yaradıcı) məhsul istehsalatı olan təsisatlar (yəni hüquqi və institusional mühit, şəbəkə strukturları və sosial dəyərlər), kreativ istehsalını tələb edən resurslar (yəni biliklər, istedad, maliyyə və s.) kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Agentlik rəhbəri dedi ki, belə bir yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir. O, bir mütəxəssis kimi bu yanaşmanın vizuallaşmasını, açıqlanmasını dəstəkləyərək onun köklərinin əqli mülkiyyətin yenidən dərk edilməsindən irəli gəldiyini, daha sistemli yanaşmanın təzahürü olduğunu qeyd edib, əqli mülkiyyət fenomeninin hüquqi, iqtisadi və sosial-mədəni aspektlərinin birgə təhlilinin tərəfdarı olduğunu diqqətə çatdırdı.

Azərbaycanın əqli mülkiyyət sistemi barədə də ətraflı məlumat verən Kamran İmanov bildirdi ki, patent sahəsində ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu sistem həftənin bütün günlərində 24 saatlıq rejimdə fəaliyyət göstərir və qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilidir.

Tədbirdə qurum rəhbərinin “Əqli mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda təqdimatı da dinlənildi. Agentliyin rəhbəri Azərbaycanda kreativ industriyalar sahəsi barədə də fikirlərini bölüşdü. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamaların Azərbaycanın ÜDM-də kreativ sənayenin payının getdikcə artdığını təsdiq etdiyini vurğulayan K. İmanov bildirdi ki, 2018-ci ildə bu göstərici 5,1 faiz olduğu halda, cari ilin yanvarın 1-nə olan vəziyyətə əsasən 5,2 faizə çatıb.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament direktorunun müavini, böyük menecer Dimiter Qançev çıxış edərək bildirdi ki, bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.

Qurum rəsmisi diqqətə çatdırdı ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.

Ümumi daxili məhsulda kreativ sektorun rolunun getdikcə gücləndiyini bildirən qurum rəsmisi dedi: “Metodologiyanı tətbiq etdik və anladıq ki, bu, tam şəraiti bizə demir. Bu, təkcə ÜDM və iş yerləri ilə bağlı deyil. Bunun sosial və mədəni təsirləri də var. Yaradıcılıq bir vakuumda fəaliyyət göstərmir. Bunun üçün müvafiq ekosistem olmalıdır ki, bu sahə genişlənsin və inkişaf etsin. İki gün ərzində regional seminarda biz növbəti addımları müzakirə edəcəyik. Məsələn, biz o ekosistemi necə görmək istəyirik ki, yaradıcılıq inkişaf edə bilsin, bunun üçün parametrlər necə olmalıdır. Biz inanırıq ki, yeni model vasitəsilə biz bir nümunə təqdim edə bilərik”.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, deputat Hikmət Babaoğlu, AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək tədbirin mövzusunun aktuallığını qeyd etdilər, regional seminarın işinə uğurlar arzuladılar.

Regional seminarın ilk günündə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış”, qurumun nümayəndələri Rimantas Vaceneviciusun “Müəllif-hüquq sənayesi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində”, Felipe Buitragonun “Kreativ iqtisadiyyatın data modelinin yaradılması”, Kübra Karataşın “Modelin çərçivəsi, strukturu və indikatorları” və professor Vanus Jamesin “İndeks metodologiyası və məlumat mənbələri, tələblər” mövzularında məruzələri dinlənildi.

İki gün davam edəcək seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.

M.QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri