Icma.az
close
up
RU
Evinizi sığortaladıb arxayın olmayın XƏBƏRDARLIQ

Evinizi sığortaladıb arxayın olmayın XƏBƏRDARLIQ

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Evini sığortaladan hər kəs zərər baş verdikdə sığorta şirkətinin bütün xərcləri qarşılayacağını düşünür. Mənzilinizi sığortalatdırmağınız heç də zərər baş verəndə pulunuzu mütləq geri alacağınız demək deyil. Yanğın, su basması və ya zəlzələ nəticəsində evə ziyan dəysə belə, bəzi hallarda sığorta şirkəti ödənişdən imtina edə bilər. 

Sığorta məsələləri üzrə ekspert Nicat Əlibəyli "Yeni Sabah"a danışaraq bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşların diqqət etməli olduğu bir sıra məqamlar var:

“Daşınmaz əmlakın icbari sığortası üzrə şirkətlər adətən aşağıdakı hallarda sığorta ödənişindən imtina  edə bilərlər:  Dominos pizza

Ümumilikdə zərərin qəsdən törədilməsi, sığorta hadisəsi barədə aidiyyəti qurumlara və şirkətə dərhal məlumat verilməməsi, eləcə də zərərin səbəbini təsdiq edən rəsmi sənədlərin təqdim olunmamasıdır.

Həmçinin Azərbaycan Respublikasının "Daşınmaz əmlakın icbari sığortası haqqında" Qanununa əsasən, bu növ icbari sığortada sığorta olunan tikiliyə yanğın, su basması və ya zəlzələ nəticəsində zərər dəydikdə sığorta şirkəti yalnız qanunla müəyyən edilmiş müstəsna hallarda məsələn, zərərin sığortalı tərəfindən qəsdən törədilməsi və ya qanunvericiliklə müəyyən edilmiş digər birbaşa istisnalar zamanı ödənişdən imtina edə bilər. İcbari sığortada mənzildəki kommunikasiyaların və ya avadanlıqların köhnə olması birbaşa ödənişdən imtina üçün əsas təşkil etmir”.

Ekspert könüllü daşınmaz əmlak sığortasında isə vəziyyətin fərqli olduğunu vurğulayıb:

“Könüllü daşınmaz əmlak sığortası növlərində isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən tərəflər arasında bağlanan müqavilə şərtləri tətbiq olunur ki, burada sığorta şirkəti risklərin dərəcəsinin düzgün qiymətləndirilməsi üçün mənzildəki mövcud ciddi nasazlıqların və ya köhnəlmiş avadanlıqların əvvəlcədən dürüst açıqlanmasını tələb edə bilər. Əlavə olaraq qeyd edim ki, istənilən halda hadisə baş verdikdə vətəndaş dərhal müvafiq dövlət qurumlarına və sığorta şirkətinə müraciət etməli, zərərin miqyasını rəsmi sənədlərlə təsdiqlədiməlidir.

İcbari əmlak sığortasında tətbiq olunan franşiza  şərtləri, sığorta məbləği limitləri və hadisə baş verdikdə dərhal müraciət etmək qaydaları isə vətəndaşların çox vaxt diqqət yetirmədiyi əsas məqamlardandır”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri