Icma.az
close
up
RU
Zəfər Günü: Qələbədən sülhə, təhlükəsizliyə, sıx əməkdaşlığa aparan yol Şərh

Zəfər Günü: Qələbədən sülhə, təhlükəsizliyə, sıx əməkdaşlığa aparan yol Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın müasir tarixində elə bir gün yoxdur ki, 8 Noyabr -Zəfər Günü qədər milli qürur, dövlətçilik iradəsi və xalq birliyi ilə assosiasiya olunsun. Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin, işğalın sona çatmasının və ərazi bütövlüyünün bərpasının rəmzidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının üç onillik ədalətsizliyə son qoyduğu müqəddəs mübarizə idi: “Azərbaycan Ordusu müasir hərb tarixində analoqu az rast gəlinən əməliyyatlarla Ermənistan ordusunu darmadağın etdi, düşməni sarsıdıcı məğlubiyyətə uğradaraq torpaqlarımızı azad etdi.
Bu müharibə yalnız işğalçı Ermənistan üzərində deyil, həm də dünya erməniliyinin və onu dəstəkləyən havadarların illərlə formalaşdırdığı saxta ideologiya və təxribatçı siyasət üzərində qələbə idi. Azərbaycan bu müharibə ilə ədaləti, beynəlxalq hüququ və tarixi həqiqəti bərpa etdi”.

 Deputat əlavə edib ki,  8 Noyabr 2020-ci ildə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin azad olunması müharibənin həlledici mərhələsi oldu: “Şuşa həm hərbi-strateji, həm də siyasi və mənəvi baxımdan qələbənin simvoluna çevrildi.
Bu zəfərlə Azərbaycanın döyüş meydanında üstünlüyü rəsmiləşdi, Ermənistan kapitulyasiyaya məcbur edildi. Şuşanın azad edilməsi təkcə bir şəhərin qurtuluşu deyil, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və milli iradənin təntənəsi idi.
Şuşa qələbəsi həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoydu. Azərbaycan regionun gələcək təhlükəsizlik və əməkdaşlıq sisteminin mərkəzinə çevrildi.
2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri Vətən müharibəsində başlanmış tarixi missiyanın tamamlanması idi. Azərbaycan bu əməliyyatla qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi, Konstitusiya quruluşunu bərpa etdi və dövlət suverenliyini tam şəkildə təmin etdi.

Bu hadisə Vətən müharibəsinin siyasi yekunu olmaqla yanaşı, Azərbaycanın tam müstəqilliyinin və milli birliyinin parlaq ifadəsinə çevrildi”.
Azərbaycanın qarşısında duran əsas yeni missiyasının  bölgədə sülh, sabitlik, təhlükəsizlik arxitekturasını formalaşdırıb Cənubi Qafqazı əməkdaşlıq mərkəzinə çevrilməsi olduğunu deyən millət vəkili bildirib ki, qələbədən sonra Azərbaycan qisas yox, sülh gündəliyi ilə çıxış etdi: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda dayanıqlı sülh, təhlükəsizlik və inteqrasiya siyasəti həyata keçirilir.
Azərbaycanın təklif etdiyi “sülh gündəliyi” artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşdırır. Müharibədə qalib gəlmiş dövlət bu gün sülh prosesinin də aparıcı tərəfi, regional əməkdaşlığın əsas təşəbbüskarıdır.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın mərkəzinə çevrilib. Bakı təşəbbüsləri regionu sülh, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad məkanına çevirir.
Azərbaycanın hədəfi aydındır - Cənubi Qafqazı sabitlik adasına və əməkdaşlıq qovşağına çevirmək. Bu istiqamətdə həyata keçirilən layihələr, diplomatik təşəbbüslər və sülh siyasəti Azərbaycanın strateji baxışını və liderlik mövqeyini bir daha təsdiqləyir.
8 Noyabr -Zəfər Günü təkcə bir hərbi qələbənin yox, dövlətçilik iradəsinin, xalq birliyinin və milli kimliyin təntənəsidir.
Bu zəfər Azərbaycan tarixində yeni bir dövrün-qalib, suveren və sülhə xidmət edən dövlət dövrünün başlanğıcı oldu”.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri