Icma.az
close
up
RU
Kredit borcu olanların NƏZƏRİNƏ Qaydalar DƏYİŞDİ

Kredit borcu olanların NƏZƏRİNƏ Qaydalar DƏYİŞDİ

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edib.

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni kreditlər, eləcə də kredit ödənişləri barədə məlumatlar növbəti 1 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) təqdim ediləcək.

İndiyə qədər yeni kreditlərlə bağlı məlumatlar hər təqvim ayının 1-nə olan vəziyyətə görə növbəti 4 iş günü ərzində təqdim edilirdi.

Bundan başqa, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasında aparılacaq.

İndiyədək düzəlişlər yazılı müraciət və məhkəmə qərarı əsasında aparılırdı.

Həmçinin bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunacaq.

Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 ay sonra qüvvəyə minəcək, qüvvəyə minənə qədər ödənilməmiş bütün kreditlərə şamil ediləcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri