Kredit büroları üçün yeni kibertəhlükəsizlik tələbləri müəyyən edilib
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın Ədliyyə Nazirliyi “Kredit bürolarının informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə dair minimum tələblər haqqında” əsasnaməni dövlət qeydiyyatına alıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yeni sənədə əsasən, reqlament kredit bürolarında xüsusi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik xidmətinin yaradılmasını nəzərdə tutur. Həmçinin qeyd olunur ki, hər bir büro daxili informasiya təhlükəsizliyi siyasətini hazırlamağa və onu Mərkəzi Bankla əlaqələndirməyə borcludur.
Bundan əlavə, Mərkəzi Bank kredit bürolarının fəaliyyətində təhlükəsizlik səviyyəsini qiymətləndirən reytinq informasiya sistemini saxlayır.
Mehman Mehdiyev
Baxış sayı:64
Bu xəbər 24 Sentyabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















