Icma.az
close
up
RU
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ KONKRET

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bəzi vətəndaşların əvvəlki kredit ödənişlərində gecikmələr səbəbindən yeni kredit ala bilməməsi geniş müzakirə olunan məsələlərdəndir. Xüsusilə, kredit tarixçəsində mənfi qeydlər olan şəxslərin banklar tərəfindən rədd cavabı alması narazılıqlara səbəb olur.

Bəs, bu cür imtinalar qanunvericilik baxımından nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Xəzani oğlu Məmmədov bildirib ki,

“Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, kredit tarixçəsini təşkil edən məlumatlarda edilmiş son dəyişiklikdən sonra həmin məlumatlar 10 il müddətində saxlanılır.

“Bu müddət başa çatdıqdan sonra məlumatlar məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığı ilə arxivləşdirilə bilər.

Əvvəlki kredit ödənişlərində gecikmə və ya problem olması bankın qərarına birbaşa təsir göstərən əsas amillərdən biridir. Lakin bu hal qanunvericilik baxımından kredit verilməsini qadağan edən norma kimi nəzərdə tutulmayıb.

Qanun banklara və ya bank olmayan kredit təşkilatlarına gecikməsi olan şəxslərə kredit verməyi qadağan etmir. Kreditin verilib-verilməməsi hər bir bankın və ya kredit təşkilatının daxili qaydalarına və risk qiymətləndirməsinə əsasən müəyyən edilir”, – deyə vəkil qeyd edib.

Beləliklə, Azərbaycan qanunvericiliyinə görə, bankların kredit verməkdən imtina etməsi əsasən müştərinin kredit tarixçəsi, maliyyə vəziyyəti və ödəmə qabiliyyəti ilə bağlı risklərin yüksək qiymətləndirildiyi hallarda qanuni sayılır. Bu qərar isə bankların müstəqil kommersiya fəaliyyəti çərçivəsində qəbul edilir.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Aprel 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri