Icma.az
close
up
RU
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ Növbəti ildən...

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ Növbəti ildən...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır.
Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır. “Fitch”in hesablamalarına görə, artım xüsusilə yüksək gəlirli hesab olunan istehlak kreditləşməsi seqmentində daha nəzarət edilə bilən həddə olacaq.
Agentlik qeyd edir ki, Azərbaycandakı son makroprudensial təşəbbüslərə maksimum effektiv faiz dərəcələri və təminatsız kreditlərin ölçüləri üzrə məhdudiyyətlər, həmçinin pərakəndə məhsulların bir hissəsi üçün artırılmış risk çəkiləri daxildir.
“Fitch”in məlumatında göstərilib ki, neytral proqnoz əsasən qeyri-xammal sektoru tərəfindən formalaşdırılan mülayim iqtisadi artım fonunda (2026-cı il üçün proqnoz – 2,5 %; 2025-ci il üçün – 2,3 %) kreditləşmənin daha yavaş şəkildə genişlənməsinə baxmayaraq, 2026-cı ildə bankların qənaətbəxş maliyyə göstəricilərinin saxlanılması gözləntilərini əks etdirir.
Agentliyin məlumatlarına görə, hələ də geniş olsa da, tədricən azalan faiz marjaları ilə dəstəklənən Azərbaycan banklarının yüksək mənfəətliliyi gözlənilən mülayim kredit riskinin dəyişkənliyinə qarşı etibarlı bufer rolunu oynayacaq. Hesabatın müəlliflərinin fikrincə, bankların maliyyələşməsi və likvidliyi proqnoza əsasən ümumilikdə sabit qalacaq.
Dollarlaşma səviyyəsi azalacaq
Agentlik kredit portfellərinin dollarlaşma səviyyəsinin azalmağa davam edəcəyini və 2026-cı ilin sonuna (2024-cü ilin sonunda – 16 %) qədər 12 %-ə yaxınlaşacağını gözləyir. Buna manatın ABŞ dollarına qarşı effektiv şəkildə bağlantısı və valyuta kreditləşməsinin sərt şəkildə tənzimlənməsi kömək edir. Eyni zamanda, “Fitch”in qiymətləndirməsinə görə, depozitlərin dollarlaşma səviyyəsi yüksək qalacaq – 2025-ci ilin üçüncü rübünün sonunda – 44 % və de-dollarlaşma prosesi əlavə tədbirlər olmadan tədricən baş verəcək.
Proqnoza görə, bankların gəlirliliyi geniş faiz marjaları ilə (2025-ci ilin yanvar-sentyabr ayları üçün 6,5 %) dəstəklənəcək, lakin 2026-cı ildə müddətli depozitlərin artması fonunda təxminən 50 faiz bəndi azala bilər. Eyni zamanda, kredit dəyərsizləşməsi üzrə xərclərin orta kredit dəyərinin 2 %-nə qədər artması (2025-ci ilin doqquz ayı ərzində 1,2 % ilə müqayisədə) gözlənilir. Bütün bunlar əməliyyat mənfəətliliyində müəyyən azalmaya səbəb olacaq, lakin onun səviyyəsi dayanıqlı qalacaq.
Proqnoza görə, kapital adekvatlığı əmsalları sabit qalacaq.
Gəlirlilik və risk-çəkili aktivlərin mülayim artımı iri bankların əhəmiyyətli dividend ödənişləri ilə kompensasiya ediləcək. “Fitch” “Tier 1” əmsalının 2026-cı ildə təxminən 14 % olacağını (2025-ci ilin üçüncü rübünün sonunda – 14,6 %) gözləyir, bu da minimum normativlərdən – 5 % (sistem əhəmiyyətli banklar üçün 6 %) yüksəkdir. Likvid ehtiyatlar, o cümlədən valyuta ehtiyatları yüksək olaraq qalacaq və kreditlərin depozitlərə nisbəti üzrə orta göstərici təxminən 80 % səviyyəsində saxlanılacaq.
Bu vəziyyət kredit faizlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu dəyişiklikdə borclanma səviyyəsinin artması, tənzimləyici orqanların kredit standartlarını sərtləşdirməsi və əhalinin borc yükünün yüksəlməsi əsas rol oynayır:
“Bankların likvidlik və kapital göstəriciləri stabil qalacaq, amma problemli kreditlərin nisbəti müəyyən qədər artaraq təxminən 4–4,5%-ə yüksələ bilər.
Banklar kredit verərkən daha ehtiyatlı yanaşacaq, faiz dərəcələri və kredit şərtlərini konservativ tutacaqlar. Pərakəndə kreditlərin yavaşlaması ilə korporativ kreditlər və qeyri-neft sektoruna yönəlmiş maliyyələşmə ön plana çıxacaq. Aktivlərin keyfiyyətinə nəzarət gücləndiriləcək və kredit portfeli balanslı şəkildə böyüyəcək.
Ümumilikdə, 2026‑cı ildə bankların kreditləşmə siyasəti sabit, davamlı və riskləri nəzərə alan yanaşmaya keçəcək. Bu, bank sektorunun dayanıqlığını qorumağa, iqtisadiyyatın qeyri-neft sektoruna dəstək verməyə və kredit portfelinin keyfiyyətini saxlamağa xidmət edəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri