Icma.az
close
up
RU
Kredit kartı üzrə borc limiti məhdudlaşdırılır Yeni QAYDALAR

Kredit kartı üzrə borc limiti məhdudlaşdırılır Yeni QAYDALAR

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni yeniləyib. Baş bankın yaydığı açıqlamada bildirilib ki, bu dəyişikliklər borclanmanın daha məsuliyyətli və sağlam aparılması, həmçinin əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin olunması məqsədi daşıyır.

Yeni qaydaların tətbibi son illər müşahidə edilən ödəmə qabiliyyətinə uyğun olmayan kredit xətlərinin açılması, izaholunmaz yüksək faizlərin hesablanması və nəticə etibarilə problemli kreditlərin artması fonunda baş verir. Məlumata görə, 2024-cü ilin əvvəlində 475 milyon manat olan vaxtı keçmiş kreditlərin məbləği ilin ortasında 527 milyon manata yüksəlib – bu da 10%-dən çox artım deməkdir. Halbuki həmin dövrdə ümumi kredit portfeli cəmi 4.4% artıb.

Yeni qaydalara əsasən:

-Kredit kartı üzrə borc limiti borcalanın xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır;

-Nağd vəsaitlərlə və ya təminatlı kredit xətləri bu limitin hesablanmasından istisna edilir;

-Bu limitdən artıq olan kredit xətlərinin məcmu miqdarı bankın I dərəcəli kapitalının 1%-dən artıq ola bilməz;

-Overdraft limitləri də kredit xəttinə daxil edilir və bu sahədə konvertasiya əmsalı 40%, risk dərəcəsi isə 100% müəyyən olunur.

Yeni yanaşma, vətəndaşın real gəliri nəzərə alınmaqla borclanmasını tənzimləməyə yönəlib. Eyni zamanda, bankların izafi faizlərlə borcalanı yükləməsinin qarşısını almaq məqsədi daşıyır.

İqtisadçı deputat Vüqar Bayramov Mərkəzi Bankın bu addımını müsbət qiymətləndirib. O bildirib ki, yeni qaydalar borclanmanın sağlamlaşdırılması, vətəndaşların süni şəkildə kreditlərlə yüklənməsinin qarşısının alınması baxımından vacibdir.

“Müşahidələr göstərir ki, bəzi hallarda kredit kartları vasitəsilə vətəndaşların ödəmə qabiliyyətindən xeyli yüksək məbləğdə kredit xəttləri açılırdı. Bu da onların gələcəkdə borc bataqlığına düşməsinə səbəb olurdu. Mərkəzi Bankın limit müəyyənləşdirməsi, bu riskin qarşısını almağa imkan verəcək”, – deyə deputat qeyd edib.

V.Bayramov həmçinin vurğulayıb ki, overdraft xidmətləri ilə bağlı risklərin də tənzimlənməsi vacib idi:“Bəzi banklar overdraft xidməti vasitəsilə müştərilərə izafi faizlərlə borc təqdim edirdilər. Yeni risk əmsalları bu halların qarşısını alacaq. Eyni zamanda, bankların kapital dayanıqlığı da qorunacaq”.

Deputat sonda əlavə edib ki, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir, lakin tənzimləmə siyasəti daha da dərinləşdirilməlidir:“Qaydalar müsbətdir, amma vətəndaşların maliyyə savadlılığının artırılması və bank sektorunun məsuliyyətli davranması üçün əlavə mexanizmlərə ehtiyac qalır”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri