Icma.az
close
up
RU
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər

Yeni qaydalar kredit faizlərini aşağı sala bilər

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Buna əsasən, bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur". 

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. 

Onun sözlərinə görə, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək: 

“Eyni zamanda, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 %-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq. 

Bu modelin tətbiqi iki məsələni aktuallaşdırır. 

Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? 

İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı? 

Davranış kredit skorinqi modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. 

Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla, müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir”. 

V.Bayramov qeyd edib ki, bankların davranış modelinin tətbiqinə hazır olmasına, güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var: 

“Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq. 

Digər məqam, Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda, orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil. Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. 
Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılıdır”. 

Davranış modelləri əsasında kreditləşməyə dair qaydalar banklar üçün yeni imkanlar və kreditləşmədə  problemlər yaradacaqmı? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, bankların kreditlər üzrə davranış modeli deyilən mövcud qaydalarına sadəcə dəyişiklik edilib: 

“Əslidə xüsusi yeni qayda qəbul edilməyib. Yəni Mərkəzi Bank öhdəlik qoyub ki,verdikləri kredit üzrə hər bir bank özünün davranış modeli haqqında sənədi təsdiq etsin. Hər bir bankın Müşahidə Şurası bunu Mərkəzi Banka təqdim etməlidir. Bank kreditləri üzrə Mərkəzi Bankın çoxsaylı təlimatları var. Orada da bankların üzrərinə öhdəliklər qoyur ki, kreditləri verərkən hansı amilləri nəzərə alsınlar. Bu da onunla bağlıdır ki, bankların problemli kreditləri artmasın. Eyni zamanda, banklar da bəzən şikayətlənir ki, hər sahəyə, hər müştəriyə eyni gözlə baxmaq olmaz.

Çünki Mərkəzi Bankın qaydaları hamı üçün eynidir. Banklar həmin qaydalardan kənarlaşanda, Mərkəzi Bank gəlib onları yoxlayanda banklar deyəcək ki, burada belə xüsusiyyətlər var, mən onları nəzərə almalıydım. 

Mərkəzi Bank da deyir ki, o xüsusiyyətləri sonradan demə, davranış modelini təsdiqlə””. 

“Bu nə verəcək?” sualına cavab verən ekspertin sözlərinə görə, banklar özlərinin kreditlər üzrə davranış modelini təsdiqlədikdən sonra bəzi məqamlar olacaq: 

“Məsələn, banklar deyəcəklər ki, orta məktəb müəllimlərinə kreditləri verəndə, onların gəlirlərini nəzərə alanda, bir qədər yumşaq yanaşırıq. Çünki orta məktəb müəllimləri yalnız maaş almır, repetitorluqla da məşğuldurlar. 

Ona görə də onlara daha çox kredit verilir. Davranış qayları böyük ehtimalla ona gətirib çıxaracaq ki, banklar müştərilərə kredit verərkən daha fərdi yanaşacaqlar, sərt yanaşmayacaqlar. Daha az riskli hesab etdikləri şəxslərə aşağı faizlə çox kredit verəcəklər.

Daha riskli hesab edəcəkləri şəxslərə qarşı daha sərt olacaqlar. Mərkəzi Bank belə fərqli yanaşmanın səbəbini soruşanda, banklar bunu davranış modeli ilə izah edəcəklər”. 

Ekpertin fikrincə, müəyyən mənada daha çevik kredit siyasəti görəcəyik: 

“Bu, hətta müəyyən qrup müştərilər üçün faizlərin aşağı düşməsinə gətirə bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri