Icma.az
close
up
RU
MİQ üzrə yeni qaydalar AÇIQLANDI DETALLAR

MİQ üzrə yeni qaydalar AÇIQLANDI DETALLAR

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Elektron sənəd qəbulu 3-10 iyun tarixlərini əhatə edəcək.

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının isə iyulun 1-8-də keçirilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, müəllimlərin işə qəbulu qaydalarına əsasən, namizədlərə test imtahanında ümumilikdə 60 sual təqdim olunacaq.

Qaydalara əsasən, test imtahanında namizədlərə tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına aid 40 sual təqdim ediləcək. Bundan əlavə, tədris metodikası və təlim strategiyalarını əhatə edən 20 sual da namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün istifadə olunacaq.

Namizədlərə nə qədər vaxt veriləcək?

Test imtahanı üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

Əlilliyi olan şəxslərin imtahanda iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılacaq. Müvafiq normativ sənədlərə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bəzi namizədlər üçün fərdi nəzarətçi təyin ediləcək və onlara əlavə 30 dəqiqə vaxt veriləcək.

Qayda pozan namizədləri nə gözləyir?

İmtahan zamanı yolverilməyən hərəkətlər və qadağan olunmuş əşyalarla bağlı məlumatlar əvvəlcədən namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Namizəd müəyyən edilmiş tələbləri pozduğu halda bu barədə akt tərtib ediləcək və həmin şəxs müsabiqədən kənarlaşdırılacaq. Əgər qayda pozuntusu müsabiqə başa çatdıqdan sonra aşkarlanarsa, namizədin nəticələri ləğv olunacaq.

Ballar necə hesablanacaq?

Qaydalara görə, ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab isə 1 balla qiymətləndiriləcək.

Səhv cavablara görə isə bal çıxılacaq. Belə ki, ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə isə 0,25 bal silinəcək.

Nəticələr nə vaxt açıqlanacaq?

Test imtahanının nəticələri imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər (azedu.az).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri