Icma.az
close
up
RU
Krediti olub, işsiz qalanların DİQQƏTİNƏ: Çıxış yolu varmı?

Krediti olub, işsiz qalanların DİQQƏTİNƏ: Çıxış yolu varmı?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər iqtisadi çətinliklər, iş yerlərində ixtisarlar və gözlənilməz maliyyə problemləri bir çox insanı çıxılmaz vəziyyətə salıb. Xüsusilə banklara kredit borcu olan və birdən-birə işsiz qalan şəxslər üçün vəziyyət daha da ağırlaşır. Müntəzəm ödənişləri etmək çətinləşdikcə, cərimələr artır, borc yükü ağırlaşır və nəticədə vətəndaşlar maliyyə böhranına sürüklənir.

Bəs işsiz qalan və krediti olan şəxslər nə etməlidirlər?

Mövzu ilə bağlı hüquqşunas Əkrəm Həsənov BAKU.WS-ə açıqlmasında bildirdi ki, bu barədə güzəştlə bankın özündən aslıdır:

"Borcu olub, işsiz qalan şəxs ancaq bankdan xahiş edə bilər, qarşı tərəfin də güzəştə gedib-getməyəcəyi jməlum deyil. Əksər hallarda kredit götürən şəxs girov, zamin şəklində borc götürür. Belə olan halda borc verilmədikdə bank dərhal məhkəməyə verir.

Bu prossesin heç bir qanuni tənzimlənməsi yoxdur və ola bilməz. Çünki bundan suistifadə halları arta bilər. Belə ki, borcu olan şəxs qeyri-rəsmi işdə işləyib, borcu ödəməkdən boyun  qaçıracaq. Bu da banklara heç sərf etməz. Həmçinin kredit almaq üçün prosedurlar çətinləşəcək."

Qanuni cəhətdən məsələnin nə yerdə olduğunu anladıq. Bəs banklarda işsiz qalan vətəndaşlara müəyyən güzəştlər edilirmi?

Məsələ ilə bağlı ölkəninn ən çox müraciət olunan banklarından biri Unibankla əlaqə saxladıq.

Bildirildi ki, müştəri iş yerini itirdiyi üçün kreditinin ödənişində gecikmə yaranarsa, banka müraciət etdiyi halda onun mövcud krediti restrukturizasiya(Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər) edilir:

"Bu zaman ona 60 aydan çox olmayaraq müddətə qalıq krediti həcmində kredit limiti ayrılır. Kreditin yenilənməsi zamanı, müştərinin digər banklarda olan kredit öhdəlikləri nəzərə alınmır. Restrukturizasiya prosesi kreditin müddətinin uzadılmasna imkan verdiyi üçün müştərinin aylıq ödəniş məbləği əvvəlki kreditindən daha az məbləğ təşkil edir. Güzəştlərdən biri də odur ki, müştəri ilk 3 ay yalnız kreditin faiz məbləğini ödəyir, əsas məbləği ödəmir. Restrukturizasiya zamanı əvvəlki kreditin şərtlərindən asılı olaraq, faiz dərəcəsinin aşağı salınması da mümkündür".

Görünür, hüquqi baxımdan banklar güzəşt etməkdə sərbəstdirlər və hər bir müraciət fərdi qaydada dəyərləndirilir. Eyni zamanda, bəzi banklar kredit ödənişlərini yüngülləşdirmək üçün restrukturizasiya imkanı təklif edirlər ki, bu da borclulara müəyyən qədər rahatlıq yarada bilər.

Belə hallarda vətəndaşların ilk etməli olduğu addım bankla əlaqə saxlayaraq güzəşt və ya ödəniş planında dəyişiklik tələb etməkdir. Həmçinin, rəsmi gəlir əldə etmək və alternativ həll yolları tapmaq üçün aktiv axtarışda olmaq vacibdir. Maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün düzgün strategiya və vaxtında atılan addımlar vəziyyətdən çıxış yolu tapa bilməyə kömək edə bilər.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Fevral 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri