Kreditlər əsasında istiqraz buraxılacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi əsasları yaradılır. Bu mexanizm kreditorlara gələcəkdə alacaqları ödənişləri daha tez əldə etmək imkanı verəcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kreditor sahib olduğu aktivlər üzrə gələcək pul tələblərini sekyuritizasiya şirkətinə sata biləcək. Şirkət isə həmin aktivlər əsasında istiqrazlar buraxacaq. İstiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Hər bir sekyuritizasiya prosesi üçün Mərkəzi Bankın təsdiq etdiyi plan tələb olunacaq. Planda iştirakçılar, satılan aktivlər, mümkün risklər və onların azaldılması yolları göstəriləcək. Aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğuna dair kənar auditor rəyi də plana daxil ediləcək.
Dəyişikliklərə görə, aktivləri satan kreditor həmin aktivlər əsasında buraxılan istiqrazların azı 5 faizini özü almalı və tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bu tələb sekyuritizasiya ilə bağlı risklərin azaldılması məqsədi daşıyır.
Mərkəzi Bank planı təsdiqlədikdən sonra sekyuritizasiya şirkəti 60 iş günü ərzində istiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















