Icma.az
close
up
RU
Kreditlərlə bağlı mühüm təkliflər Milli Məclisdə

Kreditlərlə bağlı mühüm təkliflər Milli Məclisdə

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda kredit faizləri yuxarı olduğundan insanlar ölkə iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə, yeni iş yerlərinin açılmasına ciddi töhfə verə bilmirlər. Amma kredit faizi aşağı olsa, insanlar ölkə iqtisadiyyatına töhfə verərlər”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında məsələni müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bir zamanlar Azərbaycanda 207 bank fəaliyyət göstərirdi, hazırda 22 bank fəaliyət göstərməkdədir. “Ölkədə regional bankların və xarici ölkələrlə birgə bankların açılmasına ehtiyac var”, - o qeyd edib.

Ölkədə valyutadəyişmə məntəqələrinin az olduğunu qeyd edən Novruzov əlavə edib ki, COP29 dövründə Azərbaycana on minlərlə insan gələcək, amma Bakıda cəmi 60-70 valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir:  “Bazar günü isə cəmi bir valyutadəyişmə məntəqəsi işləyir. Təsəvvür edin, həmin gün minlərlə insan növbəyə durub  valyuta dəyişəcək. 

Digər tərəfdən valyutadəyişmə məntəqəsləri həm də iş yerləridir. Bunların açılmasına0 ciddi ehtiyac var.  Valyutadəyişmə məntəqələri təkcə banklarda deyil, banklardan kənarda da açılmalıdır və bu problem öz həllini tapmalıdır”. 

Deputat eyni zamanda əmanətlərin sığortalanmasında yaranan problemlərə diqqət çəkib. O bildirib ki, banklar ancaq  böyük həcmli vəsaitlər sığortalanır. “Nəticədə insanlar pullarını evdə sandıqda saxlamalı olur. Banka qoyulan istənilən miqdardan vəsait bank tərəfindən sığortalanmalıdır.

Qaldırdığım digər məsələ isə bankların aztəminatlı ailələrin övladlarınının təhsil haqqı ilə bağlıdır. Bu gün banklar şəhid və qazilərin kredit borclarını silir və bu, təqdir olunur. Lakin hesab edirəm ki, hər bank 15-20 aztəminatlə ailənin övladının təhsil haqqını ödəsə, daha yaxşı olar.

Mərkəzi Bank xüsusən də bölgələrdə vətəndaşlara fərdi ev tikintisinə uzunmüddətli güzəştli kredit verməsi məsələsini nəzərdə keçirsə yaxşı və faydalı olar”. 

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri