Kremasiyadan əvvəl dəfn mərasimi keçirilməlidir...
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...SİA-nın əldə etdiyi məlumata görə, Rus Pravoslav Kilsəsi kremasiyanın pravoslav doktrinasının mənəvi konsepsiyası ilə necə əlaqəli olduğunu izah edib.
Xristian ənənəsinə görə, insan bədəni Yaradanın surətində və bənzərində yaradılmış Tanrı məbədi hesab olunur və bir qayda olaraq, ölümdən sonra dəfn edilir.
Bununla belə, şəhər yerlərində və yanğın nəticəsində ölüm kimi müəyyən hallarda kremasiya qaçılmaz ola bilər.
Keşiş Aleksandr Ovçarenko kremasiyadan əvvəl dəfn mərasiminin keçirilməsinin vacibliyini vurğulayıb.
Ölümdən sonra ruhun xüsusi təcrübələri naməlum qalsa da, duanın müşayiəti, xüsusən də ilk qırx gün ərzində mənəvi dəstək verə bilər.
Həmçinin qeyd olunub ki, insanın fiziki yox, mənəvi mənliyinə qayğı göstərmək prioritet məsələdir.
Ölümdən əvvəl etiraf mərasimindən keçmək və bağışlanma qəbul etmək vacibdir.
Nazlı Almuradova


