Icma.az
close
up
RU
Kreml 3 gün, Kiyev 30 gün tələb edir...

Kreml 3 gün, Kiyev 30 gün tələb edir...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın atəşkəs təklifi Ukrayna tərəfindən birmənalı qarşılanmadı

Rusiya Prezidenti Vladimir Putin 8-10 may tarixlərində Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib. Putinin atəşkəs qərarı Moskvada İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunduğu tədbirlərlə bağlıdır. Kremlin yaydığı rəsmi məlumatda qeyd olunur ki, bu qərar həm də sülh danışıqlarına şərait yaratmaq məqsədi daşıyır. Ukrayna rəhbərliyinin Kremlin atəşkəs təklifinə cavabı isə gecikməyib - rəsmi Kiyev bu təklifi məqbul hesab etməyib. Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün “X” sosial şəbəkə hesabında bildirib ki, Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Moskvanı dərhal 30 gün müddətinə atəşkəs elan etməyə çağırır: “Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, - deyə A.Sibiqa vurğulayıb.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Darya Zarivnaya Kiyevin Moskvanın 8-11 may atəşkəs təklifini rədd etdiyini bəyan edib - o, qeyd edib ki, bu, Putinin taktiki siyasi oyunudur. ABŞ Prezidenti Donald Tramp isə Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəsin elan olunmasını istəyir. Ağ Evin sözçüsü Kerolayn Livit jurnalistlərə açıqlamasında deyib ki,  Tramp hər iki ölkənin liderlərini bu istiqamətdə ciddi addımlar atmağa çağırır: “Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda, həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir. Prezidentin Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir, çünki o, sülhməramlı prezident olmaq istəyir,” -deyə K.Livit bildirib.

Kreml mesaj verir

Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Moskva qısamüddətli atəşkəs təklif etməklə həm Ukraynaya, həm də Qərblə danışıqlara hazır olduğu mesajını verir: “Rusiya Ukrayna ilə müharibənin sona çatmasında maraqlıdır, hətta bu istiqamətdə canfəşanlıq da göstərir. Moskvanın bu müharibəni davam etdirmək üçün imkanları, gücü tükənmək üzrədir. Kremldə çox yaxşı başa düşürlər ki, bu müharibə Rusiyanın iqtisadiyyatına və insan kapitalına çox böyük mənfi təsir göstərir. Ona görə də Moskva müharibənin tez bir zamanda bitməsini istəyir. O ki qaldı, Moskvanın Kiyevin 30 günlük atəşkəs təklifinə birmənalı yanaşmamasına, Rusiya hesab edir ki, bu müddət ərzində Ukrayna ordusu yenidən toparlanaraq hücumlar təşkil edə bilər. Rusiya rəhbərliyi üç-dörd günlük atəşkəs təklif etməklə həm danışıqlara hazır olduğu mesajını verir, həm də sülh danışıqlarının qısamüddətli olmasını istəyir. Moskva Ukrayna ilə uzun müddət davam edəcək danışıqlara getmək istəmir”.

Danışıqlar davam edəcək...

“Zelenski hakimiyyətinin Rusiya ilə danışıqlara getməsi isə inandırıcıdır. Düzdür, rəsmi Kiyevin müəyyən tələbləri var, Krım məsələsində güzəştə getmək istəmir. Amma Zelenski hakimiyyəti çox yaxşı anlayır ki, Rusiya ilə danışıqlara getmədən sülhün əldə edilməsi qeyri-mümkündür. ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara vasitəçilik etsə də, müharibənin dayanması, atəşkəsin elan olunması, sülh məsələsində hansısa çərçivə sazişinin imzalanması üçün mütləq hər iki ölkənin rəsmiləri bir masa arxasına gəlməlidir. Hesab edirəm ki, Zelenski Rusiya ilə danışıqlara razı olacaq. Sözsüz ki, yaxın üç-dörd ay ərzində Putin ilə Zelenski arasında birbaşa danışıqların keçirilməsi mümkün görünmür, ancaq danışıqlar işçi qrupları səviyyəsində aparılacaq,” -deyə T.İsmayilov vurğulayıb. 

Daimi atəşkəs üçün qarşılıqlı güzəştlər...

Politoloqun sözlərinə görə, daimi atəşkəs üçün hər iki tərəf qarşılıqlı güzəştlərə getməlidir; “Rusiya-Ukrayna münaqişəsində xeyli məsələlər var ki, onların həlli o qədər də asan deyil. Təbii ki, daimi atəşkəs üçün həm Rusiya, həm də Ukrayna qarşılıqlı güzəştlərə getməlidir. Amma Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Kiyev öz ərazilərini heç bir zaman Rusiyaya güzəştə getməyəcək. Bu baxımdan yaxın dövrlərdə belə bir atəşkəsə nail olmaq qeyri-mümkündür”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri