Kreml: Avropa Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpasına mane olmağa davam edir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpasına mane olmağa davam edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Ukraynanın Rusiya ilə danışıqlara yaxınlaşmadığını və Avropanın danışıqlar prosesinin bərpasına mane olmağa davam etdiyini deyib.
"İndiyə qədər Avropadakı ayrı-ayrı siyasətçilərin Moskva ilə dialoqa ehtiyac duyulması ilə bağlı utancaq sözləri ümumavropa anti-Rusiya əsas axınına heç bir təsir göstərməyib. Gərginliyi azaltmaq üçün yollar axtarmaq əvəzinə, Avropa öz təhlükəsizlik kimliyini yaratmaq qərarına gəlib. Bu təhlükəsizlik kimliyi qarşıdurma mexanizmi kimi yaradılmış NATO nümunəsində formalaşdırılır. Avropa İttifaqı büdcəsinin təxminən 5%-i Avropa müdafiə mexanizmlərinin yaradılmasına xərclənir və proses sürətlənməkdədir”, - Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















