Icma.az
close
up
RU
Kreml Azərbaycana qarşı qaydasız informasiya müharibəsinə BAŞLADI

Kreml Azərbaycana qarşı qaydasız informasiya müharibəsinə BAŞLADI

Olke.az saytına istinadən Icma.az xəbər verir.

AZAL-ın Bakı-Qroznı reysində baş verən faciədən sonra Rusiyanın informasiya məkanında Azərbaycana qarşı genişmiqyaslı və qaydasız bir informasiya müharibəsi başlayıb.

Ölkə.az Musavat.com-a istinadən bildirir ki, son günlərdə bu cəbhədən gələn müxtəlif ittihamlar, təhqiramiz açıqlamalar və təxribat xarakterli məqalələr artan dinamika ilə yayılmaqdadır. Xüsusilə, Rusiyanın bəzi media qurumları və jurnalistləri Azərbaycan rəhbərliyinə qarşı təhqirlər və əsassız iddialar irəli sürürlər.

“Çarqrad” təxribatı və Anna Soçinanın açıqlamaları

Yaxın zamanda “Çarqrad” telekanalının Azərbaycana qarşı təxribat xarakterli saxta məlumatları geniş müzakirələrə səbəb olmuşdu. Bunun ardınca Anna Soçina adlı səviyyəsiz jurnalist Azərbaycan Prezidentinə qarşı təhqiramiz ifadələr işlədərək, antiterror əməliyyatları zamanı rus sülhməramlılarının ölümü mövzusunu qabartmağa çalışıb.

Soçina Azərbaycanı ittiham edərək, Ukraynaya hərbi yardım göstərilməsi və rus sülhməramlılarının ölümündə məsuliyyət daşıması ilə bağlı iddialar səsləndirib. Lakin bu açıqlamalar faktlardan və obyektivlikdən uzaqdır.

İddialara faktlarla cavab

• Ukraynaya yardım: Azərbaycan Ukraynaya yalnız humanitar yardım göstərir və heç bir hərbi təchizat həyata keçirmir. Ukraynanın əsas hərbi dəstəyini Qərb ölkələrindən aldığı isə dünya ictimaiyyətinə məlumdur.

• Təyyarə faciəsi: AZAL təyyarəsinə Ukrayna raketi deyil, məhz Rusiya zenit raketi atılıb. Beynəlxalq praktikada belə vəziyyətlərdə hava limanı və hava məkanı dərhal bağlanır, lakin Rusiya bunu etmədi. Əksinə, təyyarə zərbə alandan bir neçə dəqiqə sonra “Kover” planı elan edildi.

Təyyarəyə zərbə vurulduqdan sonra onun yaxınlıqdakı hava limanlarından heç birinə enməsinə icazə verilməməsi və uzaq Aktauya göndərilməsi də izahat tələb edən ciddi suallar doğurur. Azərbaycan Prezidenti bu məqamı həlak olmuş heyət üzvləri ilə vidalaşma mərasimindən sonra verdiyi açıqlamada xüsusi vurğulayıb.

Sülhməramlıların ölümü ilə bağlı əsassız müqayisələr

Antiterror əməliyyatları zamanı rus sülhməramlılarının ölümü ilə bağlı aparılan müqayisələr də qərəzli və əsassızdır. Azərbaycan tərəfi əməliyyatlardan əvvəl Rusiya komandanlığını məlumatlandıraraq, sülhməramlıların bazalarını tərk etməmələrini tövsiyə etmişdi. Bu tövsiyəyə əməl edilməməsi isə artıq başqa məsuliyyət doğurur. Ən mühüm fərq isə odur ki, Azərbaycan bu insidentlə bağlı dərhal üzr istədi, amma Rusiya hələ də AZAL reysi ilə bağlı üzr istəməyib.

Məsuliyyəti yayındırmaq cəhdləri

Rusiya mediasında məsuliyyəti yayındırmaq üçün müxtəlif absurd versiyalar irəli sürülür: təyyarədə qaz balonunun partladığı, quşlarla toqquşmanın baş verdiyi və ya Ukrayna dronlarının günahkar olduğu iddia edilir. Lakin əsas sual cavabsız qalır: Niyə Azərbaycan təyyarəsinə Rusiya hava məkanında zenit raketi atıldı və niyə o, 800 kilometr uzaqdakı Aktauya yönləndirildi?

Azərbaycanın sivil yanaşması və Rusiyanın davranışı

Azərbaycan beynəlxalq praktikaya uyğun olaraq, məsələni sivil şəkildə araşdırır və faktlara əsaslanır. Lakin eyni səviyyədə sivil davranışı tərəfdaşlarından da gözləyir. Bu birtərəfli qayda olmamalıdır. Ya hər iki tərəf qaydalara riayət edir, ya da heç biri etmir.

Azərbaycan mediası heç vaxt Rusiya rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətmir. Halbuki belə hallara səbəb olacaq kifayət qədər mövzular var. Lakin Azərbaycan hər zaman sivil yanaşma nümayiş etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Yanvar 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri