Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Dünya ticarət savaşı BAŞLADI: Prosesin Azərbaycana hansı təsirləri var?

Dünya ticarət savaşı BAŞLADI: Prosesin Azərbaycana hansı təsirləri var?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp hakimiyyətə gələndən sonra sosial-siyasi proseslərə ciddi müdaxilə etməklə yanaşı, iqtisadi prioritetlərini də ortaya qoyub. Tramp daxili iqtisadiyyatı inkişaf etdirmək üçün artıq xarici siyasətində bəzi ölkələrə ciddi mübarizəyə girişib.

Düzdür, onun Meksika və Kanada mallarına 25% rüsum tətbiq etməsindən sonra, Kanada da ümumi dəyəri 155 milyard dollar olan ABŞ mallarına 25% cavab tarifləri tətbiq edəcəyini açıqladı. Elə bundan sonra paralel olaraq Kanada sərhədə nəzarəti artırmağa qərar verdi və buna qarşılıq olaraq Kanadaya 25%-lik rüsum 1 aylıq təxirə salındı.

Həmçinin, yeni rüsum tariflərindən sonra Meksika pesosu da çöküb. Bundan sonra Meksika miqrasiya axınının qarşısını almaq üçün ABŞ ilə sərhədə 10 min hərbçi göndərmək qərarına gəldi. Əvəzində Tramp Meksikaya da 25% rüsumu 1 aylıq təxirə saldı. Nəzərə alsaq ki, Tramp miqrasiya böhranına qarşı mübarizəni də prioritet seçib, üstəlik o, bu problemi daha çox sözügedən ölkələr ilə yaşadığını deyib, deməli, bu rüsumlar həm də əsas məqsədə çatmaq üçün iqtisadi rıçaq rolunu oynayır.

Trampın əsas iqtisadi mübarizəsi isə yenə də Çinə qarşıdır. Bu baxımdan, Birləşmiş Ştatların Çinə qarşı tətbiq etdiyi 10%-lik idxal rüsumları qüvvəyə minir. Pekin isə cavab olaraq ABŞ-dən neft və kənd təsərrüfatı texnikasına analoji rüsum və eyni zamanda, maye qazın və kömürün idxalına 15%-lik rüsum tətbiqini elan edib. Digər maraqlı məqam isə budur ki, ABŞ Ukraynaya onun zəngin yeraltı mədənlərinə zəmanət verməklə Rusiya ilə sülh sazişi təklif edib.

Bir sözlə, bütün bu proseslər artıq dünyada ticarət savaşının şiddətlənəcəyi anlamına gəlir ki, buna zəmin yaradan amillər və gedişat sual doğurur. Həmçinin, bu prosesin Azərbaycana hansı müsbət və ya mənfi təsirləri ola bilər?

Oxu.Az mövzunu iqtisadçılarla araşdırıb.

Eldəniz Əmirovun sözlərinə görə, Çin və ABŞ arasında iqtisadi münasibətlərin gərginləşməsi təbii olaraq, tarif siyasətindən qaynaqlanır:

"Hazırkı durum isə 5 əsas sualı ortaya çıxarır. Birincisi, bunun ABŞ-yə təsiri, ikincisi, ABŞ-nin rüsumları artırdığı Çin, eləcə də Meksika və Kanadaya təsirləri, üçüncüsü, bu ölkələrin ABŞ-yə göstərəcəyi müqavimət, dördüncüsü, bu münasibətlərin qlobal iqtisadiyyata təsirləri və beşincisi, Azərbaycana təsirləri.

Trampın sərt tarif siyasəti əsasən, ABŞ-nin ticarət balansını yaxşılaşdırmaq məqsədi güdür. Onun tətbiq etdiyi tariflər qeyd olunduğu kimi, Çin, Kanada və Meksika ilə bağlıdır ki, onların hər biri də ABŞ-nin xüsusi seçilmiş ticarət tərəfdaşlarıdır. Ticarət dövriyyəsində hər 100 dolların 40-41 dolları məhz bu ölkələrin payına düşür. Buna görə də Tramp tərəfindən verilmiş bu qərar kifayət qədər ciddi bir qərardır. Bunun təbii olaraq Çin iqtisadiyyatına mənfi təsirləri olacaq. Burada Çinin ABŞ-yə olan ixracının əhəmiyyətli dərəcədə azalması baş verəcək. Bu da Çin iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək və Çin şirkətlərinin dəyər itirməsi ilə nəticələnəcək. Bu baxımdan, Çin alternativ bazarlar axtarışında olacaq".

"ABŞ dünyanın ən aparıcı idxal ölkəsidir və Çinin özü də ən bahalı məhsullarını ABŞ-yə ixrac edir. Ona görə də onun ABŞ bazarını əvəzləməsi çətin olacaq. Amma təbii ki, burada ABŞ-nin də itirəcəkləri olacaq.

Birincisi, məhsulların qiymətində artım olacaq, istehlakçıların alış gücü azalacaq, inflyasiyaya təzyiq yaradacaq, eyni zamanda, ABŞ-nin özünün yerli istehlakçılarının daha baha qiymətə mal almasına, nəticədə insanların xərclərinin ciddi şəkildə artmasına gətirib çıxaracaq. Təbii ki, Çin də müəyyən tariflərdən istifadə etmək niyyətindədir. Amma hazırkı vəziyyətdə ABŞ-yə qarşı müəyyən təzyiqlər göstərilsə də, Pekin sonda Vaşinqton qədər aqressiv ola bilməyəcək. Çünki ABŞ-nin böyük şirkətləri həm də Çin ərazisində böyük investisiyalar yatırıb və həm ucuz işçi qüvvəsi, həm də logistik imkanlar səbəbindən burada fəaliyyət göstərirlər. ABŞ-yə qarşı tətbiq edilmiş qarşılıqlı sərt tarif siyasəti bu şirkətlərin Çindən çıxmasına səbəb ola bilər ki, bunu da Çin istəmir", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, təbii olaraq Çin və ABŞ arasında olan gərginlik digər ölkələrə də mənfi təsir göstərəcək:

"Çünki bu ölkələrdə istehsalın davamlılıq prosesinə zərbə vurmuş olacaq. Xüsusən də texnologiya sahəsində. Buna görə də qlobal inflyasiya təzyiqlərini artıracaq. Prosesin Azərbaycana isə müsbət və mənfi təsirlərini görə bilərik. Məsələn, alternativ bazarlar axtaran Çinin digər ölkələrə üz tutması və Azərbaycanda öz ixracını daha da genişləndirməsi müəyyən qədər məhsul əlçatanlığına və qiymətlərə müsbət təsir göstərə bilər. Amma bu çox kiçik bir effekt ola biləcək. Daha böyük ölçüdə bu münasibətlər bilavasitə Azərbaycanın ixracatına, xüsusi ilə də neft qiymətlərinə mənfi təsir göstərəcək. Çünki Çin dünyanın ən böyük enerji istehlakçısı olan ölkələrindən biridir. Onun ABŞ ilə ticarət müharibəsi Çinin istehsalının azalmasına səbəb olacaq və bu da enerjiyə olan tələbi dəyişəcək. Bu da təbii ki, Azərbaycana da öz mənfi təsirlərini göstərəcək. Çünki qlobal ticarətdə olan qeyri-müəyyənlik və inflyasiya artımları birbaşa inkişaf etməkdə olan ölkələrə öz mənfi təsirlərini göstərir".

Xalid Kərimli isə hesab edir ki, Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası arasındakı mübahisə 2016-2020-ci illərdə Trampın ilk prezidentliyi dövrünə təsadüf edir:

"Problem 2017-ci ildə başlayıb və 2018-ci ildə yeni rüsumlar tətbiq edilib. Bundan sonra mübahisənin spektri genişlənib. Əvvəlkindən fərqli olaraq isə Tramp artıq vaxt itirmir və bu tariflərdə xüsusən də bunu Meksika ilə Kanadanın timsalında gördük. Yəni Tramp öz şərtlərini diktə etmək üçün bundan vasitə kimi də istifadə edir, prosesdən daha çox ticari və iqtisadi inkişaf məsələləri məqsədilə yox, öz gözləntilərini realizə etmək üçün qarşı tərəfi məcburetmə tədbiri kimi istifadə edir. Çinlə bağlı məsələ isə ondan ibarətdir ki, Çin iqtisadi mübarizədə Amerikanı artıq qabaqlayır. Düzdür, nominal ifadələrdə Çin dünyada ikinci iqtisadiyyatdır, amma bəzi hesablamalar da bunun əksini göstərir. Bu baxımdan, Amerika Çinin inkişafını ləngitmək istəyir".

"ABŞ hesab edir ki, Çin Amerikanın hesabına böyüyür, buna görə də Çinin inkişafını ləngitmək istəyir. Tramp da bu rüsumlarla ticari balansı qoruyur. Çünki Vaşinqton hesab edir ki, ABŞ Çindən daha çox məhsul alır, nəinki Çin Amerikadan, ona görə də ABŞ Çinin böyüməsinə bilavasitə zəmin yaradır. Təbii ki, Kanada, Meksika və hətta Avropa İttifaqı da Çinlə müqayisədə zəif bənddir. Ona görə də Amerikanın bu ölkələrə şərtlərini diktə etməsi daha rahatdır. Amma Çinin strateji inkişaf prioritetləri ilə ABŞ-nin maraqları üst-üstə düşmədiyi üçün Tramp burada daha ciddidir. Lakin Çin də ABŞ-yə qarşı rüsumları artırıb və artıq Tramp Pekinlə danışıqlara hazır olduğunu, lazım gəlsə rüsumları əvvəlki faiz nisbətinə qaytaracağını da deyib. Amma düşünmürəm ki, bu, Meksika, Kanada və Aİ-yə şamil olunsun. Bu isə qarşılıqlı sanksiyaların davam edəcəyi anlamına gəlir", - Kərimli vurğulayıb.

Müsahibimiz prosesin Azərbaycana təsirinin olub-olmayacağı barədə də danışıb. Onun sözlərinə görə bu addımlar dünya iqtisadiyyatının inkişafına zərər vuracaqsa, neftdən istifadəni azaldacaqsa və dolayısı ilə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaqsa, Azərbaycana da ziyandır:

"Çünki dünyada baş verən proseslərin Azərbaycana təsiri, əsasən neft və qazın qiyməti ilə bağlıdır. Əks halda, bunun Bakıya təsiri olmayacaq".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri