Icma.az
close
up
RU
“KREML “DƏMİR TƏMİNAT” TƏLƏB EDƏCƏK” “Avropa öz hərbi kontingentini Ukraynaya yeritsə...”

“KREML “DƏMİR TƏMİNAT” TƏLƏB EDƏCƏK” “Avropa öz hərbi kontingentini Ukraynaya yeritsə...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ukrayna ilə bağlı istənilən sülh sazişində bu ölkənin NATO üzvü olmayacağı və bitərəf statusa malik olacağına dair “dəmir təminat” tələb edəcək.

“AzPolitika” xəbər verir ki, “Reuters”in məlumatında belə deyilir.

“Reuters” Rusiya Xarici İşlər Nazirliyinin son məlumatını xatırladaraq qeyd edib ki, Kreml öz əvvəlki tələblərindən geri çəkilmir: “Məsələn, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Ukrayna ilə bağlı istənilən uzunmüddətli sülh müqaviləsi Moskvanın tələblərinə cavab verməlidir. O deyib: “Biz təhlükəsizliyə dair “dəmir zəmanətlərin” bu sazişin bir hissəsi olmasını tələb edəcəyik. Bu zəmanətlərin isə bir hissəsi Ukraynanın neytral statusu, NATO ölkələrinin onu alyansa qəbul etməkdən imtinası olmalıdır".

Kreml həmçinin NATO sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir. Bunu da Qruşko əlavə edib”.

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynada istənilən atəşkəsə nəzarət etmək üçün sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bəyan ediblər. Hətta uzaq Avstraliyanın Baş naziri Entoni Albanese də ölkəsinin bununla bağlı müraciətlərə açıq olduğunu deyib.

“Reuters” Qruşkodan daha bir sitat gətirərək, Kremlin Avropanı hədələdiyini önə çəkir: “NATO kontingentinin Ukrayna ərazisinə hansı ad altında yerləşdiriləcəyinin fərqi yoxdur: istər Avropa İttifaqı, istər NATO, istərsə də milli miqyasda. Əgər onlar orada peyda olsalar, bu o deməkdir ki, onlar münaqişə zonasında yerləşdiriləcək və münaqişə tərəfi olacaqlar. Bu zaman münaqişə tərəfi kimi, bundan irəli gələn bütün nəticələrlə üzləşəcəklər”.

Bununla belə, Qruşkonun sözlərinə görə, münaqişədən sonra silahsız müşahidəçilərin yerləşdirilməsindən yalnız sülh sazişi hazırlandıqdan sonra danışmaq mümkün olacaq.

Bundan öncə Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsi məsələsi Moskvanın deyil, Kiyevin qərarıdır.

Qruşko buna cavab olaraq bildirib ki, Kiyevin avropalı müttəfiqləri başa düşməlidirlər ki, yalnız Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və onun ərazisində xarici hərbi kontingentlərin yerləşdirilməsi imkanının istisna edilməsi region üçün müsbət nəticələ verə bilər. Digər variantlar işləməyəcək.

Onun dediyinə görə, yalnız bu zaman Ukraynanın və daha geniş mənada bütün regionun təhlükəsizliyi təmin olunacaq, “çünki münaqişənin əsas səbəblərindən biri aradan qaldırılacaq”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri