Tramp Ukraynaya ordu yeritməyi tələb edəcək Quenno
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyanın Ukraynaya qarşı müharibəsində daha çox iştiraka məcbur edə bilər. O, xüsusilə onlardan qoşunlarını cəbhə xəttinə göndərməyi tələb edə bilər.
Axar.az xəbər verir ki, bunu BMT-nin sülhməramlı əməliyyatlar üzrə keçmiş baş katibinin müavini Jan-Mari Quenno deyib.
"Məsələ ondan ibarətdir ki, Tramp Ukraynanın ABŞ üçün bir vaxtlar Vyetnam və ya Əfqanıstandan daha böyük strateji əhəmiyyətə malik olduğuna inanırmı? Biz kifayət qədər qəddar ssenarini də istisna edə bilmərik. ABŞ Ukraynaya hərbi yardımı kəskin şəkildə kəsərsə, Avropa bu yükü çiyinlərinə götürmək üçün daha çox iş görməlidir. Lakin əsas amil siyasi iradədir. Bu məqamda Avropa parçalana bilər. Əsas məsələlərdən biri Almaniyadır. Berlin Tramp administrasiyasından hansı dərsi öyrənəcək? Bu, həlledici olacaq, çünki Almaniyasız AB-ni səfərbər etmək çox çətindir", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Dekabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















