Icma.az
close
up
RU
Kreml İlham Rəhimovun bazarını müsadirə edə bilərmi?

Kreml İlham Rəhimovun bazarını müsadirə edə bilərmi?

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Rusiyanın hakim partiyası "Yedinaya Rossiya"nın parlamentdəki təmsilçiləri ölkəmizdə "Rossotrudniçestvo”nun fəaliyyətinin dayandırılmasına görə Kremlin cavab tədbirləri görməli olduğuna dair fikirlər səsləndirirlər. 

Azərbaycanlı miqrantların ölkədən çıxarılması, Rusiya vətəndaşı olan həmyerlilərimizin isə Ukrayna ilə müharibəyə göndərilməsi kimi çağırışlar da olur. Hətta deputatlardan biri "Krokus” şirkəti və "Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürür. Bu təklifi Moskvada mərkəzdənqaçma meyillərinin gücləndiyinin göstəricisi də hesab etmək olar. Çünki “Sadovod” həm də Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur. "Sadovod"u hədəfə gətirməyə çalışan hakimiyyətyönlü propaqandistlər deyəsən rəhbərlərinə meydan oxumağa başlayıblar. 

Təbii ki, qeyd olunan çağırış və təkliflərin arxasında başqa mətləblər də dayana bilər. Bütün hallarda görünən odur ki, Kremlin bəslədiyi deputat və "ekspertlər" hər şey edirlər ki, Azərbaycan konkret olaraq desin ki, "Proşay ne mıtaya Rosiya"! 

Rus ayısı elə hesab edir ki, bunlar istədiyini edə bilər, Azərbaycan isə boynunu büküb heç nəyə reaksiya verməməlidir. Görünür, özümüz qudurtmuşuq. Amma heç nəyi unutmamışıq! Yaşadığımız faciələrin arxasındakı əlləri unutmaq olarmı?.. ...İtirən Rusiya olacaq. 

Bütün dünyanı özünə düşmən etdiyi bir vaxtda Azərbaycan kimi, sözünün ağası, prinsiplərinə sadiq, mövqeyi ədalətə söykənən, münasibətləri qorumaq üçün sona qədər soyuqqanlı davranan bir dövlət, özü də güclü bir dövləti itirmək ən azı Putinin maraqlarına uyğun deyil.

Nicat Dağlar
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri