Icma.az
close
up
RU
Kreml Kiyevi də işğal etmək istəyir

Kreml Kiyevi də işğal etmək istəyir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva Ukraynanın paytaxtını raket atəşinə tutub

Rusiya Silahlı Qüvvələri neçə gündür Ukraynanın paytaxtı Kiyev və ölkənin digər bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücumlar həyata keçirib. Ölən və yaralılar sayı artır. Ötən gün Rusiya yenidən Kiyevi raket hücumuna məruz qoyub. Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 5 nəfər həlak olub, 64 nəfər isə yaralanıb. Yaralananlar arasında mülki şəxslərin də olduğu bildirilir.
Kiyevin müxtəlif rayonlarında partlayışlar qeydə alınıb, hava hücumu xəbərdarlıqları isə uzun müddət qüvvədə qalıb. Yerli hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi və dağıntıların aradan qaldırılması istiqamətində işlərin davam etdiyini açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hücum zamanı “Kalibr” və İskander raket sistemi tipli raketlərdən, həmçinin Şahed dronulardan istifadə olunub. Hava hücumundan müdafiə qüvvələrinin əksər hədəfləri məhv etdiyi, lakin bəzi raket və dronların hədəflərinə çatdığı qeyd edilib.
Hücum nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəyib. Hadisə yerindən yayılan görüntülərdə yanğınlar və xilasetmə əməliyyatları əks olunub.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, dünən gecə Rusiya Ukraynaya 650-dən çox PUA və 70-dən çox raket və atıb. Məlumata görə, əsas hücum istiqaməti Kiyev olub:
“Həmçinin Dnepr, Xarkov, Zaporojye, Poltava və digər bölgələr də hücuma məruz qalıb. Cəmi 729 hava hücumu (73 raket və 656 müxtəlif tipli PUA) qeydə alınıb. Hücum zamanı 8 ədəd “3M22 Zirkon” gəmi əleyhinə raket, 33 ədəd “İsgəndər-M” ballistik raketi, 27 ədəd “X-101” qanadlı raketi, 5 ədəd “Kalibr” qanadlı raketi, 656 ədəd PUA-dan istifadə olunub”.
Qeyd olunub ki, Ukrayna qüvvələri 642 hədəfi (40 raket və 602 dron) məhv edib: “11 ədəd “İsgəndər-M” ballistik raketi, 26 ədəd “X-101” qanadlı raketi, 3 ədəd “Kalibr” qanadlı raketi, 602 PUA sıradan çıxarılıb”.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, hələ qədim Romadan qalma bir zərbi məsəl var: "Sülh istəyirsənsə muharibəyə hazır ol". Bu konteksdə Rusiyanın da Ukrayna ilə sülhün əldə edilməsinə dair açıqlamaları onu xüsusi təyinatlı əməliyyatlara başlamaq barədə məlum qərarından geri çəkilməsi anlamında qəbul olunmamalıdır, nə qədər ki, Rusiyanı bu addımı atmağa sövq edən amillər aradan qaldırılmayıb rəsmi Moskva təbii ki, Ukraynaya qarşı başladığı hərbi əməliyyatları davam etdirəcək, bu amillər isə Ukrayna iqtidarının Rusiyanın xəbərdarlıqlarına baxmayaraq onun suverenliyini və təhlükəsizliyini təhdid edən hərəkətləri ilə bağlı olub, zira, Rusiya Ukraynanın NATO-ya üzv olmaq barədə istəyinə məhz bu konteksdən yanaşıb və bu mövqeyindən imtina etməyib: “Əlbəttə, Ukrayna müstəqil və suveren dövlətdir və bu və ya digər hərbi təşkilata üzv olmaq, onunla əməkdaşlıq etmək Ukraynanın müstəsna haqqıdır. Lakin, Ukraynanın Dövlət Mustəqilliyi haqqında konstitusiya Aktında, habelə Mustəqillik Bəyannaməsində onun bitərəf qalacağı və heç bir hərbi bloka qoşulmayacağı barədə hüquqi müddəa var ki, Poroşenko iqtidarı dövründən Ukrayna bu müddəanı kobud şəkildə pozmaq yolunu tutmuşdu. Sonradan Zelenski Rusiya ilə münasibətlərdə presidentə səbəb olmuş bu mövqeni götur-qoy edəcəyi və problemləri danışıqlar yolu ilə həll edə biləcəyi ilə bağlı seçki kampaniyası dövründə vədlər versə də, Ukraynada Maydan hərəkatının maliyyələşdirilməsinə və əslində qanuni prezident Yanukoviçin dövlət çevrilişi nəticəsində iqtidardan uzaqlaşdırılmasına nail olmuş ABŞ və Avropa Birliyinin təzyiqi ilə bu yoldan imtina etmişdir, Maydanın həyata keçirilməsinə təxminən 5 milyard dollar sərf olunduğunu isə ayrı-ayrı vaxtlarda ABŞ rəsmiləri, o cumlədən Dövlət Departamentinin təmsilçiləri, habelə ABŞ senator və konqresmenləri dəfələrlə etiraf etmişlər”.
O, qeyd edib ki, Ukraynada Donetsk və Donbasa Ukrayna qanunvericiliyi çərçivəsində xüsusi statusun veriləcəyi ilə bağlı Fransa və Almaniyanın təmsilçiliyi ilə Rusiya ilə əldə edilmiş Oslo razılaşmalarını da, məhz Ukrayna tərəfi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu isə Rusiyanı onun təhlükəsizliyini təhdid edən amillərin qarşısını almaq üçün xüsusi əməliyyatlar həyata keçirməyə təhdid etmiş, hadisələr Krımda referendumun keçirilməsi və onun 2014-cü ilin 18 martında Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə nəticələnmişdi. Məhz bu hadisə NATO qoşunlarının Krımda yerləşdirilməsinin qarşısını almışdır: “Ukraynanın NATO-ya uzviliyi də, eynilə NATO bazalarının Ukraynada yerləşdirilməsi və deməli ortamənzilli raketlərin Rusiyaya tuşlanması demək idi ki, Rusiya bunun da, qarşısını almaq məcburiyyətində qalmışdır. Xatırlatmaq yerinə duşər ki, hələ Yeltsin iqtidarı dövründə Rusiya və Qərb arasında NATO-nun Şərqə doğru, yəni Rusiya istiqamətində irəliləməyəcəyi barədə razılıqlar əldə edilmiş, bununla belə heç bir hərbi zərurət olmadan NATO-nun Şərqə doğru genişlənməsi davam etmişdir.
Nəhayət, 2022-ci ilin martında Rusiya qoşunları Kiyevin yaxınlığında olarkən Turkiyənin vasitəçiliyi ilə İstanbulda sülh danışıqları başlanmış, Rusiya sülhdə maraqlı olduğunu numayiş etdirmək üçün qoşunları Kiyevdən geri çəkmiş, lakin Böyuk Britaniyanın sabiq baş naziri Boris Consonun Zelinskiyə təzyiqləri nəticəsində danışıqlar kəsilmiş və hərbi əməliyyatlar davam etdirilmişdir.
Bu gun danışıqlar prosesində Rusiyanın mövqeyi bəllidir, Rusiya xüsusi hərbi əməliyyatların gedişi nəticəsində referendum yolu ilə Federasiyaya birləşdirilmiş ərazilərin Rusiyaya de-yurye təsdiqliyinin tanınmasını, Ukrayna ilə arasında bufer təhlükəsizlik ərazilərinin muəyyən edilməsini, Ukraynanın NATO-ya uzv olmayacağı və bitərəf qalacağı ilə bağlı təhəddidlərin götürülməsi mövqeyindən çıxış edir və nə qədər ki, rəsmi Kiyev bu şərtlərlə razılaşmayacaq, hərbi əməliyyatlar davam edəcək”.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko isə deyib ki, Rusiya Silahlı Qüvvələri 24 fevral 2022-ci il tarixindən etibarən Ukrayna hərbi-sənaye kompleksinin müəssisələrinə, qərar qəbuletmə mərkəzlərinə və yaşayış binalarına zərbələr endirir. O vaxtdan bəri intensivlik, taktika və istifadə olunan məhvetmə vasitələri dəyişir, lakin son aylarda dronların kütləvi istifadəsi ilə hava hücumlarını gücləndirmək üçün açıq bir tendensiya müşahidə olunur - dalğa başına yüzlərlə drondan bəhs edirik - həm də sayı gün ərzində onlarla ola bilən ballistik raketlər: “24 May bazar günü Kiyevə növbəti genişmiqyaslı zərbə vuruldu, nəticədə bir sıra obyektlər, o cümlədən idarəetmə sistemləri zərər gördü. Ticarət mərkəzləri, muzeylər, yaşayış binaları - əsas ziyan ilk növbədə paytaxtın mərkəzi bölgələrinə, o cümlədən elit daşınmaz əmlaka dəyib. Kiyev vaxtı ilə 21:00-dan etibarən 25 may 2026-cı il tarixində Ukrayna hakimiyyətinin Rusiya tərəfinin son açıqlamalarına rəsmi ayrı reaksiyası baş vermədi. Eyni zamanda, diplomatik nümayəndəliklərdən Kiyevdən ayrılmaq üçün çağırışlar təxminən bir həftədir ruslardan səslənir. Rəsmi statistikaya görə, 2026-cı ilin qış–yaz aylarında müntəzəm raket və pilotsuz hücumlardan ölənlərin və dağıntıların səviyyəsi mülki əhali üçün 2022-ci ilin fevral - mart aylarında Kiyevin mühasirəsinin ilk həftələrindən daha yüksək görünür, lakin indi əhalinin şəhəri tərk etdiyinə dair heç bir əlamət yoxdur”.
İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday isə deyib ki, müharibənin uzun sürməsi, itkilərin çox olması və cəbhə xəttində Rusiya üçün həlledici qazancların olmaması nəzərə alınmaqla bu cür ritorika xüsusilə güclənir: "Daimi hücum əməliyyatlarına baxmayaraq, Rusiya ordusu uzun müddətdir ki, strateji dönüş nöqtəsinə nail ola bilmir və müəyyən ərazilərdə irəliləyişlər xeyli resurs və insan itkiləri ilə müşayiət olunur. Bu vəziyyətdə Ukrayna şəhərlərinə hücumlar və mülki şəxslərə qarşı təhdidlər daxili cəbhəyə təzyiq və cəmiyyətə psixoloji təzyiq vasitəsilə məhdud döyüş nəticələrini kompensasiya etmək cəhdi kimi görünür. Eyni zamanda, son illərin təcrübəsi göstərir ki, təkcə infrastruktur obyektləri deyil, həm də yaşayış məntəqələri çox vaxt hədəfə alınır ki, bu da beynəlxalq humanitar hüquq prizmasından ciddi suallar doğurur".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri