Kreml: Putin Ukrayna ilə masaya oturmağa hazırdır!
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiya lideri xüsusilə mülki obyektlərə zərbələrin endirilməməsi məsələsini Ukrayna tərəfi ilə müzakirə etməyə hazırdır.
“Prezident mülki obyektlərə zərbələrin endirilməməsi məsələsinin ikitərəfli qaydada müzakirə oluna biləcəyini deyəndə məhz Ukrayna tərəfi ilə danışıqları nəzərdə tuturdu”, – deyə Peskov bildirib.
O əlavə edib ki, Vladimir Putin bundan əvvəl də dəfələrlə Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib.
“Bu da həmin istiqamətdə növbəti təklifdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















