Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın dünya bazarlarına neft və neft məhsulları tədarük etməsi qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.
APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla danışıqlarından sonra Kremlin saytında dərc olunan bəyanatında bildirilib.
“Qlobal energetika sahəsindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Əminəm ki, bu, bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcək”, – Putin qeyd edib.
Rusiya Prezidentinin sözlərinə görə, Trampla telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli perspektivlərinə, İran ətrafındakı vəziyyətə və ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə də ciddi diqqət yetirilib.
“İki ölkə prezidenti arasında şəxsi təmasların davam etdirilməsi, eləcə də prezident administrasiyaları, kəşfiyyat xidmətləri və digər qurumlar arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq təsdiqlənib”, – Putin əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Oktyabr 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















