Icma.az
close
up
RU
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyadakı neonasist və oxşar radikal qruplar bu ölkənin dövlət televiziya kanallarında Azərbaycana qarşı təxribatçı çıxışlardan ruhlanaraq Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etdiyini bildirib. Məsələ burasındadır ki, Kreml “süni” adlandırdığımız gərginliyin təbii hala keçməsinə şərait yaratmaqla məşğuldur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova azərbaycanlı blogerlərin antrusiya çıxışlarını toplayıb Bakıya göndərdiklərini bildirib. Mariya Zaxarova blogerlərimizin qərəzli olmasından şikayətlənib. Rusiyaya blogerlərin qərəzli olması ilə bu ölkənin dövlət televiziya kanallarında Azərbaycanı hədələmək, aşağılamaq və səfirliyimiz qarşısında təxribatçı şəkillər yerləşdirmək müqayisə oluna bilməz. Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkəyə qarşı təxribatçı şəkillərin yapışdırılmasına polisimiz imkan verməz. Çünki biz gərginliyin tərəfi olmaq istəmirik. Moskvada isə yuxarıdan verilən təlimat əsasında polis təxribatçıları gözməzdən gəlib. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın aidiyyəti qurumlarından səfirliyimiz qarşısında təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb. Yenə qulaqardına vuracaqlar. Səfirliyimiz qarşısında təxribata şərait yaradanlar öz əməllərinə hüquqi qiymət verərlərmi?” - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Avqust 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri