Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən

Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistana sərt xəbərdarlıq etməsi iki ölkə arasında münasibətlərin perspektivdə daha gərgin mərhələyə keçəcəyindən xəbər verir. 

Son vaxtlara qədər Kreml Paşinyan hakimiyyətinin xarici siyasət kursundan narazı olsa da, Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Ermənistanla əməkdaşlığı davam etdirib. Rusiya şirkətləri Ermənistan vasitəsilə qadağalara məruz qalmış ticarət əməliyyatları aparıb. 

Nəticədə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2025-ci il fevral ayının 8-ə olan məlumata görə, 12 milyard dollara qədər artıb. Əgər Ukraynada müharibə başlamazdan əvvəl, yəni 2021-ci ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 603 milyon dollara yaxın vəsait olmuşdusa, Qərbin sanksiyalarının tətbiqindən sonra bu göstərici 6 dəfəyə yaxın artıb. Lakin Donald Trampın ABŞ-də prezident postuna gəlməsindən sonra Ukraynada Rusiya ilə sülh nail olmaq cəhdləri Kremlin İrəvanla münasibətlərini yeni müstəviyə keçirib. 

Sergey Şoyqunun açıqlaması göstərir ki, Rusiya artıq Nikol Paşinyanın siyasi manevrlərinə dözmək istəmir və onunla təhdid dilində danışmaq qərarına gəlib. Qeyd edək ki, Sergey Şoyqu Ermənistanı Avropa İttifaqına namizəd olmaq istəyinə görə iqtisadi sanksiyalarla hədələyib.

“Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək. Çünki Avrasiya İqtisadi İttifaqından çıxmalı olacaq. Ən mühafizəkar hesablamalara görə, Aİİ-dən Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40 faizinə başa gələcək. 

Bu, ölkə iqtisadiyyatına kritik ziyan vuracaq, istehsalın azalması, əmək bazarının daralması, işsizliyin və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə alaraq Aİ-nin səxavətli subsidiyalarına bel bağlamamalıdır”,-deyə Şoyqu bildirib. 

Bu bəyanatın məhz Şoyqunun dilindən səsləndirilməsi Ermənistanın avrointeqrasiya siyasətinin Rusiyanın Cənubi Qafqazla təhlükəsizlik maraqlarına zidd olduğuna dair mesajı özündə əks etdirir. 

Ukrayna müharibəsinin həlli üzrə danışıqlarda ABŞ-nin güzəştli mövqe tutması Rusiyanın əlini xeyli gücləndirib. Şoyqunun açıqlaması Rusiyanın Cənubi Qafqazda, o cümlədən Ermənistanda zəifləmiş geosiyasi üstünlüyünü bərpa etmək istəyindən xəbər verir. Ermənistanın Avropa İttifaqına qoşulmaq siyasəti Rusiya üçün ciddi problemlər yarada bilər. Qeyd edək ki, Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı qanunu qəbul edib. Növbəti mərhələdə isə bunun hüquqi normativ kimi referendum yolu ilə Ermənistanın yeni konstitusiyasına daxil ediləcəyi gözlənilir. Belə olan halda, Ermənistan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyini tərk etməlidir. 

Rəsmi Moskva Aİİ və KTMT daxilində Ermənistandan sonra mərkəzdənqaçma prosesinin davamlı hal alacağından və hər iki qurumun dağıla biləcəyindən narahatdır. Ona görə də Sergey Şoyqunun vasitəsilə Ermənistanı hədələyən Rusiya rəhbərliyi Avropa İttifaqı ilə rəqabətdə önə çıxmağa çalışır. Rusiyanın Ermənistana ən böyük təzyiq aləti isə iqtisadi sanksiyalardır. 

Yəni Ermənistan Aİİ çərçivəsində əldə etdiyi gömrük və rüsum güzəştlərindən məhrum olmaqla yanaşı, bu böyük bazara çıxış imkanlarından məhrum edilə bilər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin iki ölkə arasında ticarət dövriyyəsinin artmasını Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın fəal inkişafının nəticəsi adlandırıb. Ermənistanın Aİİ üzvlüyündən çıxacağı təqdirdə, Rusiya kimi böyük ticarət tərəfdaşını itirəcəyi şübhə doğurmur. 

Bundan başqa, Rusiyanın Ermənistana ixrac etdiyi təbii qazın qiymətini artırmaq kimi ciddi təzyiq vasitəsindən istifadə edəcəyi də məlumdur. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistanın regional nəqliyyat-tranzit dəhlizlərinə çıxış imkanları da demək olar ki, yoxdur. Bu isə Ermənistanı Avropa İttifaqının maliyyə yardımlarından asılı vəziyyətə salacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İrəvan xəbərdarlıq Şoyqu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Mart 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri