Kremldən Orbanın çıxışına reaksiya: Biz hazırıq, lakin...
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın Baş naziri Viktor Orbanın çıxışına reaksiya verib.
Sfera.az bildirir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Peskov qeyd edib ki, Moskva Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etməyə açıqdır:
“Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz problemlərimizi danışıqlar yolu ilə həll etməyə hazırıq, danışıqlara açığıq. Lakin Ukraynanın danışıqlara hazır olması ilə bağlı hələlik irəliləyiş olmadığı üçün savaşı davam etdiririk”.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə başa çatacağını deyib. “Bu, ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə bitəcək", - Orban bildirib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















