Icma.az
close
up
RU
Kremlin “beyni” ŞOK planı açıqladı: Ukrayna yalnız başlanğıcdır Hədəf İMPERİYADIR KONKRET

Kremlin “beyni” ŞOK planı açıqladı: Ukrayna yalnız başlanğıcdır Hədəf İMPERİYADIR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar Rusiyada SSRİ-nin bərpası ilə bağlı çağırışlar daha açıq səsləndirilir. Bu ideya Rusiya rəhbərliyinin rəsmi ritorikasına çevrilməkdədir və post-sovet məkanındakı bütün ölkələr üçün ciddi təhlükə təşkil edir. Ekspertlər qeyd edirlər ki, bu cür imperialist ritorika ilk növbədə Rusiyanın özü üçün zərərlidir – həm beynəlxalq aləmdə təcridini dərinləşdirir, həm də qonşu ölkələrlə münasibətləri pozur.

KONKRET.az xəbər verir ki, “rus dünyası” ideologiyasının əsas ideoloqlarından biri hesab olunan və Kremlin “beyni” kimi tanınan Aleksandr Dugin açıq şəkildə bəyan edib ki, Ukrayna ilə müharibə Rusiya İmperiyasının yenidən qurulması planının ilk mərhələsidir. O, bildirib ki, bu müharibənin nəticələri postsovet məkanının “vahid imperiya”ya çevrilməsi istiqamətində əsas dönüş nöqtəsi olacaq.

Dugin bu fikirləri “Rusiyanın aktual geosiyasətində Avrasiyaçılıq” adlı seminarda səsləndirib:

“İnteqrasiyanın sürəti Ukraynada əldə etdiyimiz uğurlardan asılı olacaq. Ukrayna — bu Avrasiya praksesidir, əsas maneədir. Əsas ideya budur: Ukrayna imperiyanın tərkibində olmalıdır. İstəsə də, istəməsə də.”

Onun sözlərinə görə, “Ukrayna məsələsinin həlli” postsovet ölkələrinin Moskva mərkəzli yeni “makrodövlət”də birləşdirilməsinin yolunu açacaq. Burada söhbət sadəcə ittifaqlardan yox, tam hüquqlu geosiyasi birliyin qurulmasından gedir.

Dugin daxili siyasətə də toxunaraq vurğulayıb ki, Rusiya liberal dəyərlərdən imtina etməli, milli və dini sahədə sərt mərkəzləşmiş idarəetməyə keçməlidir:

“Bu, güclü idarəetmə vertikalına əsaslanan makrodövlətdir. Burada mədəni muxtariyyətlər olsa da, onların siyasi statusu olmamalıdır.”

O, əlavə edib ki, etnik azlıqların mədəniyyətinə təzyiq göstərilməyəcək, lakin onların inzibati-siyasi hüquqları tanınmayacaq. Onların sadəcə “azlıq” olaraq qavranılması kifayət sayılacaq.

Duginin ideyasına əsasən, Avrasiya modelinin əsasını “ənənəvi dəyərlər” təşkil etməlidir. Burada insan haqları, sosial azadlıq və liberal dəyərlər Qərbin zərərli təsiri kimi təqdim edilir:

“İrəliləyiş, azadlıq, insan haqları — bunlar bir vaxtlar dəyişməz norma kimi qəbul edilirdi. Biz bu anlayışları kökündən dəyişdirməli və rus həyatının əsasını TƏNƏNƏ təşkil etməlidir.”

Rusiya mediasının 2022-ci ildə yazdığına görə, Dugin Rusiya Prezident Administrasiyasına mütəmadi dəvət olunur. O, konkret qərarların qəbulu prosesində iştirak etməsə də, ideoloji istiqamətlərin müəyyən olunmasında mühüm rol oynayır.

Onun son çıxışı göstərir ki, Rusiya hakimiyyətinin yeni ideoloji əsasını açıq imperialist ambisiyalar, sərt mərkəzləşmə və insan haqlarının inkarı təşkil edir. Ukrayna isə bu prosesin başlanğıc nöqtəsi kimi təqdim olunur. Dugin və onun kimi düşünənlər açıq şəkildə bildirirlər ki, Ukraynanın “ram edilməsi” digər ölkələrin də eyni taleyi yaşaması üçün zəmin yaradacaq.

Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusilə diqqət çəkir. Ölkə artıq illərdir Moskvadan qaynaqlanan riskləri minimuma endirmək üçün ardıcıl addımlar atır. Şuşa Bəyannaməsi ilə Türkiyə ilə hərbi-strateji ittifaq, Çinlə imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq” haqqında saziş ölkənin təhlükəsizlik dayaqlarını möhkəmləndirib.

Lakin Kremlin regionda təsirini yalnız birbaşa deyil, dolayı yollarla – iqtisadi, dini və informasiya vasitəsilə artırmaq cəhdləri də istisna olunmur. Buna görə də, Azərbaycanın şimal istiqamətində strateji ayıqlığı daim qorunmalı, regional balansın saxlanmasına xüsusi diqqət yetirilməlidir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri