Icma.az
close
up
RU
Kremlin həm suçlu, həm güclü ritorikası: Bakı bu tələblərində haqlıdır...

Kremlin həm suçlu, həm güclü ritorikası: Bakı bu tələblərində haqlıdır...

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

"Son dövrlərdə Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib və bu gərginliyin əsas səbəbkarı məhz Rusiya tərəfi olub. Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması və nəticədə təyyarənin qəzaya uğraması, Azərbaycanın bu məsələ ilə bağlı qarşı tərəfdən ədalətli mövqe tələb etməsi gərginliyə səbəb olub".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

O bildirib ki, bu vəziyyətin ortalığa çıxmasına səbəb olan başlıca məsələ, Rusiya tərəfinin təyyarənin vurulması ilə bağlı öz məsuliyyətini etiraf etməməsidir: "Bu hadisənin davamında Rusiya ictimaiyyəti Azərbaycanla bağlı düşmən obrazı yaratmaqda davam edir. Bu proses həm Duma deputatları, xüsusilə də Vladimir Valuyev kimi geri zəkalı şəxslər, həm də bəzi kütləvi informasiya vasitələri tərəfindən dəstəkləndiyini vurğulayır. Bu elə bir dövrə təsadüf edir ki, Rusiyad miqrantlara qarşı da hücum başlayıb. Bu proses orada yaşayan azərbaycanlıları da əhatə etməkdədir. Qanundan kənar şəkildə, məhkəmə qərarı olmadan miqrantlarınm saxlanılıb deport edilməsi və bu prosesin zorakılıqla həyata keçirilməsi ilə bağlı da  faktlar mövcuddur". 

Arzuxan Əlizadə hesab edir ki, bu Azərbaycanın haqlı mövqeyinin təqdim olunmasına mane olur və iki ölkə arasındakı gərginliyin artmasına səbəb olur: "Rusiyada miqrantlara qarşı sərtləşən siyasət, xüsusən də azərbaycanlı miqrantları hədəf alır. Fevralın 5-dən etibarən qüvvəyə minmiş yeni qanun, hüquq mühafizə orqanlarına istənilən məkana daxil olmaq və miqrantlara qarşı sərt tədbirlər görmək imkanı verib. Bu qanunla, azərbaycanlıların təzyiqə məruz qalması, hüquqlarının pozulması getdikcə daha da artır. O, qeyd edib ki, artıq Rusiyada faktiki olaraq miqrant ovuna başlanıb və bu vəziyyət Azərbaycana qarşı daha böyük aqressiya yaradır". 

Millət vəkili vurğulayıb ki, Azərbaycan bu məsələyə ədalətli yanaşılması və Rusiya tərəfindən hüquqa zidd addımların atılmaması üçün əlindən gələni edir: " Azərbaycanda son illər Rusiyanın casus şəbəkəsinin fəaliyyət göstərdiyi  "Rus evi"nin bağlanması, bu məsələlərə diqqət yetirilməsi ciddi qərarların verilməsinə zərurət olduğunu göstərir. Bu təşkilat qanundan kənar fəaliyyət göstərib və Azərbaycan dövləti, buna qarşı müvafiq tədbir görüb".

A. Əlizadə, Rusiya tərəfindən ədalət və hüquqa zidd hərəkətlərə son veriləcəyinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda, millət vəkili, Azərbaycanda yaşayan rus icması, rusdilli məktəblər və Rusiya ilə dostluq münasibətlərinin Azərbaycan tərəfindən daim yüksək səviyyədə saxlanıldığını bildirib.

O, qeyd edib ki, Azərbaycanda onminlərlə rus vətəndaşı yaşayır və onlar heç vaxt milli və dini fərqliliklərinə görə ayrı-seçkiliyə məruz qalmayıblar: "Azərbaycanda rus icması fəaliyyət göstərir və Rusiya ilə əlaqələr müsbət və dostcasına inkişaf edib. Bu münasibətlərə hörmətlə yanaşılmasının vacibdir. Azərbaycan tərəfi də qarşı tərəfdən də eyni şəkildə əsasında münasibət gözləyir. .

Arzuxan Əlizadə hesab edir ki, Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki tərəf üçün zərərli olacaq: "Həmçinin Azərbaycanın artıq regionda güclü və təsirli bir ölkədir. Azərbaycan, Rusiya ilə münasibətlərini normallaşdırmağa hazırdır və qarşı tərəf də öz münasibətində bərabərhüquqlu, dostcasına addımlar atarsa, münasibətlər yenidən bərpa edilə bilər. Rusiya ilə münasibətlərin gərginləşməsi, heç bir tərəf üçün yaxşı nəticə verməyəcək. Azərbaycan, Rusiya ilə münasibətlərində hər zaman açıq, dost və bərabərhüquqlu yanaşmalar sərgiləyib və bu yolla, qarşı tərəfdən də eyni münasibəti gözləyir.

Tehran Yusifli,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri