Icma.az
close
up
RU
Kremlin İrəvana atdığı “QARMAQ”

Kremlin İrəvana atdığı “QARMAQ”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana səfəri sadəcə diplomatik gediş deyil, Cənubi Qafqazda baş verən dərin siyasi dəyişikliklərin fonunda Moskvanın yeni mövqe axtarışıdır. 

Uzun illər boyu Ermənistana strateji müttəfiq kimi yanaşan Rusiya bu gün artıq həmin münasibətlərin əvvəlki kimi davam etmədiyini anlayır. Qarabağda Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, Ermənistan Moskvanı kömək etməməkdə, susmaqda və öz müttəfiqinə arxa çevirməkdə ittiham etdi. İrəvan KTMT-də iştirakını dayandırdı, qurumun maliyyələşməsini də kəsdi. Yəni, Moskva faktiki olaraq Cənubi Qafqazdakı ənənəvi dayaq nöqtəsini itirməyə başlayıb. 

Məhz bu səbəbdən Lavrovun Yerevana səfəri həm Ermənistanla münasibətləri yoluna qoymaq cəhdidir, həm də Rusiyanın bölgədəki mövcudluğunu qorumaq üçün atdığı taktik addımdır. Amma zaman dəyişib. İndi təkcə Moskva və İrəvanın nə istədiyi yox, Azərbaycanın da bölgədə necə bir siyasət apardığı həlledici əhəmiyyət daşıyır. Bakı son illərdə həm siyasi, həm hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə edib və bölgədə yeni reallıqlar formalaşdırıb. 

Bu gün Cənubi Qafqazda danışıqlar masası varsa, o masada Azərbaycan əsas səslərdən biridir. Rusiya isə artıq başa düşür ki, Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlər onun bölgədə qalmasının, balansı saxlamasının yeganə yoludur. Ermənistanla isə bu münasibətlər artıq zəifləmiş, inam itirilmiş vəziyyətdədir. 

Belə bir şəraitdə Lavrovun səfərinin məqsədi nədir? Moskva İrəvanı yenidən öz orbitinə qaytara biləcəkmi? Yaxud Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirərək bölgədə yeni reallıqlara uyğun mövqe tutacaqmı? 

“Paşinyan kifayət qədər hiyləgərdir”

Rusiyalı politoloq DaryaQrevsova "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərində həmkarı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla, Baş nazir Nikol Paşinyanla və digər rəsmilərlə, eləcə də ekspert çevrələri ilə görüşlər keçirib: 

“Yəni, bu səfərin proqramı kifayət qədər genişdir və bu da onu göstərir ki, Rusiya hələ də Ermənistanda Cənubi Qafqaz üzrə tərəfdaşını görür və münasibətləri qaydaya salmağa çalışır. Halbuki bu münasibətlər son vaxtlar, xüsusilə də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra, xeyli gərginləşmişdi. 

Ermənistan hesab edir ki, Azərbaycanın qələbəsi Rusiyanın mövqeyi sayəsində mümkün olub. Rusiya isə bununla razı deyil və neytral mövqe tutduğunu bildirir. Eyni zamanda, biz görürük ki, Paşinyanın son açıqlamalarında Qərblə əməkdaşlıq etmək istəyi açıq-aşkar hiss olunur. O, hətta Avropa İttifaqına üzv olmaq niyyətindən də danışır. Ermənistanda bir çox ekspertlər də Rusiya-Ermənistan münasibətləri barədə mənfi fikirlər səsləndirirlər və bunun bir sıra səbəbləri var. 

Məsələn, Ermənistan KTMT-də üzvlüyünü dayandırıb və Moskvaya qarşı daha məsafəli siyasət yürütməyə başlayıb. Amma son müşahidələrimiz göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranmış soyuqluq fonunda Ermənistan və şəxsən Nikol Paşinyan bu fürsətdən istifadə etməyə çalışır. Ümumiyyətlə, başa düşmək lazımdır ki, Paşinyan kifayət qədər hiyləgər və praqmatik siyasətçidir, o, hər zaman özünə sərf edən variantı seçməyə çalışır".

“Bəlkə ürəyi istəmirdi, amma getdi”

Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin bu səfəri də məhz bu kontekstdə – mövqelərin yaxınlaşdırılması və eyni zamanda Qərbdəki tərəfdaşlara göstəriş üçün atılmış addımdır:

“Paşinyan Avropaya göstərmək istəyir ki, Ermənistan yalnız Qərbə deyil, eyni zamanda Rusiya ilə də münasibətləri olan və onun maraq dairəsində qalan bir ölkədir. Bu yolla o, Qərb və Moskva arasında balans yaratmağa çalışır. İndi isə, Moskvayla Bakının arasındakı gərginlikdən istifadə edərək, Rusiyanı öz tərəfinə çəkmək istəyir. 

Müxtəlif ölkələrin nümayəndələrinin belə səfərləri münasibətləri yaxınlaşdırır, tərəflərə masa arxasında, gözə baxa-baxa danışmaq imkanı verir. Telefonla və ya məsafədən müzakirə etmək çətin olan məsələlər bəzən məhz bu cür görüşlərdə daha açıq şəkildə dilə gətirilir. 

Amma gəlin açıq danışaq. Ermənistanın Rusiya ilə bu “yaxınlaşma cəhdləri” tamamilə praqmatikdir. İndi İrəvan üçün Moskva ilə münasibətləri qaydaya salmaq həm daxili, həm də xarici baxımdan sərfəlidir. Bu, eyni zamanda Qərbə, xüsusilə də Avropa İttifaqına bir siqnal kimi də dəyərləndirilə bilər ki, görün, bizimlə maraqlanan təkcə siz deyilsiniz. 

Paşinyan bu balans oyununda kifayət qədər təcrübəlidir. O, bu yaxınlarda Moskvada Qələbənin 80 illiyi münasibətilə keçirilən parada qatıldı. Avropadan gələn təzyiqlərə baxmayaraq, Moskvaya getdi. Bəlkə ürəyi istəmirdi, amma siyasət bəzən hisslərə yox, hesablamalara əsaslanır. Moskva da bu jesti dəyərləndirdi. 

Rusiya Ermənistanla münasibətləri davam etdirməkdə maraqlıdır – təkcə siyasi baxımdan yox, iqtisadi baxımdan da. Ticarət dövriyyəsi genişdir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, bu təşkilat isə Moskva üçün əhəmiyyətlidir. Təbii ki, Lavrovun səfəri zamanı təhlükəsizlik məsələləri, xüsusən də KTMT-də Ermənistanın gələcək rolu da gündəmdə olacaq. 

Moskva istəyir ki, İrəvan bu qurumdakı fəaliyyətini bərpa etsin, maliyyə dəstəyini davam etdirsin və tamhüquqlu iştirakçı kimi qayıtsın. Ümid edirlər ki, tərəflər münasibətlərdəki gərginliyi bir qədər yumşalda və yeni səhifə aça bilərlər".

“Moskva hələ də Bakını vacib tərəfdaş kimi görür”

DaryaQrevsova hesab edir ki, hazırda Moskva Cənubi Qafqazda yeni bir balans yaratmağa o qədər də can atmır. Çünki artıq yığılıb qalmış ziddiyyətləri, xüsusilə Ermənistanla münasibətlərdəki gərginlikləri həll etmək lazımdır:

“Bu baxımdan,Lavrovun İrəvana şəxsi səfəri tərəflər arasında bu fikir ayrılıqlarını daha yaxından anlamaq və ortaq dil tapmaq üçün yaxşı fürsətdir. Moskva anlayır ki, Ermənistanın da öz maraqları var. Rusiya Ermənistanın Qərb vəya Moskva əməkdaşlığına qarışmır. Amma bir məsələni açıq göstərmək istəyir: 

Ermənistan üçün Rusiya ilə əməkdaşlıq həm iqtisadi baxımdan, həm tarixi əlaqələrə görə, həm də coğrafi yaxınlıq səbəbilə daha sərfəlidir.Nəzərə almaq lazımdır ki, Rusiyada çox böyük erməni diasporu yaşayır. Onlar həm Rusiyanın ictimai-siyasi həyatında iştirak edirlər, həm də Ermənistanın iqtisadiyyatına kifayət qədər vəsait göndərirlər. 

Baxmayaraq ki, Rusiya ilə Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar yaranıb, Moskva hələ də Bakını vacib tərəfdaş kimi görür. Azərbaycanla Rusiya arasında böyük iqtisadi layihələr icra olunur, eyni zamanda Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə olunur. Yəni, Rusiya üçün həm Ermənistanla, həm də Azərbaycanla əməkdaşlıq sərfəlidir. Çünki hər iki ölkə ilə uzunmüddətli əlaqələr mövcuddur, hər iki ölkənin minlərlə vətəndaşı Rusiyada yaşayır, diasporları genişdir və respublikalarla sıx əlaqələri var.

Ona görə də Rusiya istər təhlükəsizlik sahəsində, istərsə də digər sahələrdə Ermənistan və Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa ümid edir. Amma reallıq da odur ki, Ermənistan son vaxtlar açıq şəkildə Qərbə yönəlmək istədiyini bildirir və Rusiyaya qarşı tənqidi açıqlamalar verir ki, bu da Moskvanın xoşuna gəlmir. Rusiya anlayır ki, Ermənistan indi Azərbaycanla Moskva arasında yaranmış soyuqluqdan istifadə etməyə çalışır və Rusiyanın maraqlarını öz tərəfinə çəkmək istəyir. 

Ancaq Moskva əvvəldən bu bölgədə neytral mövqe tutub və bu mövqeyini dəyişmək fikrində deyil. Rusiya Azərbaycanın da tərəfdaşıdır və bu ölkə ilə böyük layihələr həyata keçirmək niyyətindədir. Bu cür layihələri Ermənistanla da görmək istəyərdi. 

Lakin Ermənistanın Cənubi Qafqazda "ağıllı oyunçu" kimi davranması bu əməkdaşlığı bir qədər çətinləşdirir. Buna baxmayaraq, Lavrov vəziyyəti dəyişməyə, münasibətləri düzəltməyə çalışır. Onun bu səfərinin nəticələri hələlik bəlli deyil, amma bir şey dəqiqdir: bu görüşlərin baş tutması artıq Rusiya-Ermənistan münasibətləri üçün müsbət siqnaldır".

Səbinə Uğur
"Cebheinfo.az" 

Açar sözlər: Lavrov İrəvan DaryaQrevsova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri