Icma.az
close
up
RU
Kremlin Bakı və İrəvana “orden mesajı”

Kremlin Bakı və İrəvana “orden mesajı”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ara Abramyanı təltif etməsinin arxasında nələr dayanır?

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə bu ölkədə yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi barədə məlumat vermişdik.

Yada salaq ki, Ara Abramyanı Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir.

Ara Abramyan 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini də açıqlayıb. Abramyan deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib: “Son yeddi ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib”.

Belə mənfi reputasiyaya, regionda sülhə qarşı olan birinin Rusiyanın birinci şəxsi tərəfindən ödülləndirilməsi ciddi suallar doğurur. Belə görünür ki, Rusiya bu ödüllə, necə deyərlər, “bir güllə ilə iki hədəf” vurmaq istəyir.

Əvvəla, anti-Azərbaycan mövqeli birinə orden verməklə AZAL təyyarəsi ilə bağlı prinsipial ritorikasından vaz keçməyən Bakının “əsəblərini yoxlayır”. Bu “ordenli mesaj” Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini vəd edən Abramyana siyasi dəstək, İrəvana isə xəbərdarlıqdır.

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Rusiya Prezidenti Vladimir Putinin Ara Abramyanı “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsini daha çox indiki hakimiyyətdə olan Paşinyana qarşı atılan addımı kimi xarakterizə edir: “Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Rusiya Ermənistanda bir neçə plan üzrə addım atmağı düşünür. Ermənistanın daxilində revanşist qüvvələr Rusiyanın təsiri altında olduqlarını da gizlətmirlər. Sadəcə, cəmiyyət bu qüvvələrə ciddi dəstək vermir. Çünki son 30 ildə bu qüvvələr hakimiyyətdə olublar və amansız rejim qurmaqla yanaşı, həm də böyük həcmdə korrupsiyaya bulaşıblar, talançılıq və oğurluqla məşğul olublar. Paşinyan hakikiyyətə gələndən sonra Putin bu qüvvələrdən Paşinyana qarşı hər zaman bir dəyənək kimi istifadə edib. Azərbaycana Rusiyanın təzyiqinə gəldikdə və ya 25 dekabr 2024-cü ildə Qroznı üzərində sərnişin təyyarəsini vuranları məsuliyyətə cəlb etmədiyinə Azərbaycanın reaksiyasının necə olmağına gəldikdə isə, görünür, ya Rusiya Azərbaycanla münasibətləri hələlik qaydaya salmaqda maraqlı deyil, ya da onları məsuliyyətə cəlb etməkdə rəsmi Moskvanın ciddi çətinlikləri var. Ona görə təmkinli davranmalıyıq. Bizim Baş Prokurorluğun əlində kifayət qədər sübutlar varsa, Bakıda qiyabi məhkəmə prosesi keçirilməli, həmin şəxslər məhkum olunub beynəlxalq axtarışa verilməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin daha da pisləşməsinə yol vermədən, əgər ikitərəfli qaydada məsələnin ədalətli həllinə nail olmaq mümkün olmadısa, onun beynəlxalq müstəvidə hüquqi həllinə nail olmağa çalışmalıdır”.

Mübariz Göyüşlü

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, Rusiya və xüsusilə prezident Putinin Cənubi Qafqazla, o cümlədən Azərbaycan və Ermənistanla bağlı təzyiq xarakterli addımlarını davam etdirdiyini bildirib: “Ara Abramyan kimi sülh proseslərinə açıq şəkildə qarşı çıxan, revanşist və radikal mövqeyi ilə tanınan bir şəxsin mükafatlandırılması, düşünürəm ki, təkcə formal bir təltif aktı deyil. Bu addımın arxasında açıq siyasi jest dayanır. Abramyanın fəaliyyəti bütövlükdə siyasi mahiyyət daşıyır. O, Azərbaycan əleyhinə ritorikası, davranış üslubu və mövqeyi ilə tanınır, hazırda davam edən sülh proseslərinə qarşı çıxır. Eyni zamanda Paşinyan hökumətinə münasibətdə sərt, radikal müxalif mövqe tutur və Paşinyana qarşı olan siyasi qüvvələri, partiyaları və blokları açıq şəkildə dəstəkləyir. Bu mövqeyini gizlətmir, əksinə, açıq bəyanatlar vasitəsilə nümayiş etdirir. Belə bir şəxsin Kremlin tərəfindən mükafatlandırılması onun fəaliyyətinə açıq dəstəyin mesajıdır və bu istiqamətdə daha da fəallaşdırılmasına, cəsarətləndirilməsinə xidmət edir. Rusiya bu addımla bir neçə məqsəd güdə bilər. İlk növbədə, Azərbaycanın mövqeyini və reaksiyasını yoxlayır, eyni zamanda Azərbaycana qarşı təzyiq siyasətini davam etdirir. Məqsəd Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq və Kremlin tələblərinə razı salmaqdır.

Digər tərəfdən, Kreml bununla göstərir ki, formal olaraq sülhü dəstəklədiyini iddia etsə də, həm sülhün başlanması, həm də pozulması üçün təsir rıçaqlarının öz əlində olduğunu nümayiş etdirir. Moskvanın əsas mövqeyi ondan ibarətdir ki, sülh prosesi yalnız onun nəzarəti altında olmalıdır, Vaşinqtonun, Avropa İttifaqının və ya başqa aktorların deyil.

Bu addım eyni zamanda Paşinyan hökumətinə yönəlmiş mesajdır. Ermənistanın Qərbə və Avropa İttifaqına yaxınlaşması, Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədilməsi istiqamətində atılan addımlar, 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrin açılması, eləcə də Paşinyanın kilsə ilə münasibətlərdə sərt xətt tutması Kremlin narahatlığını artıran əsas amillərdəndir".

Siyasi şərhçi həmçinin 2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçiriləcəyini və bu seçkilərin olduqca həlledici xarakter daşıdığını qeyd edib: “Ara Abramyanın Paşinyana qarşı olan qüvvələrin təşviqi və dəstəklənməsində aktiv rolu da bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, Ermənistanın 2026-cı ilin ikinci yarısında Zəngəzur dəhlizi ilə bağlı tikinti və infrastruktur işlərinə başlanacağını açıqlaması, eləcə də bu marşrutun Qərb və ABŞ ilə assosiasiya olunması Rusiyanı ciddi şəkildə qıcıqlandıran amillər sırasındadır. Abramyan faktorunun önə çəkilməsi də məhz bu narahatlığın tərkib hissəsidir.

Bütün bunlar göstərir ki, Rusiya sülh prosesinə ikili standartlarla yanaşır və regionda real sabitlikdən daha çox, öz nəzarəti və təsiri altında olan bir vəziyyətin qorunmasına üstünlük verir. Kremlin məqsədi Ermənistanın onun nəzarətindən çıxmaq cəhdlərini zəiflətmək və bu prosesi ləngitməkdir.

Beləliklə, Ara Abramyanın mükafatlandırılması ətrafında baş verənlər tək bir hadisə deyil, daha geniş geosiyasi strategiyanın tərkib hissəsidir. Gələcək perspektivdə bu məqamların daha açıq şəkildə üzə çıxacağı istisna olunmur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri