Icma.az
close
up
RU
​Kremlin kölgə flotu böhranı Putin Qərbi hədələdi

​Kremlin kölgə flotu böhranı Putin Qərbi hədələdi

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyaları çərçivəsində "kölgə flotu"na daxil olan Rusiyaya aid neft tankerlərinin saxlanılmasına qarşı adekvat cavab tədbirləri görəcəkləri ilə hədələyib. Sakit Okean Donanmasının komandanlığı ilə görüşdə çıxış edən Putin, Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Rusiya gəmilərini müsadirə etməsinə qarşı dünya okeanının istənilən nöqtəsində Avropa gəmilərinin ələ keçirilə biləcəyinə işarə vurub.

Sakit Okean Donanmasının komandanı admiral Viktor Liina Putinlə görüşündə iddia edib ki, Qərb ölkələri öz yüklərini üçüncü ölkələrin bayraqları altında daşıyır və bu gəmilər faktiki olaraq "kölgə flotu" hesab edilə bilər. Putin isə cavabında xəbərdarlıq edib ki, Rusiya yalnız hadisənin baş verdiyi sularda deyil, dünya okeanının istənilən hissəsində həmin gəmilərə qarşı "analoji cavab" verəcək.

Lakin hərbi, siyasi və neft-qaz sektoru üzrə beynəlxalq ekspertlər Kremlin bu hədələrini real hərbi gücdən daha çox Qərbi qorxutmaq cəhdi kimi dəyərləndirirlər.

Mütəxəssislərin fikrincə, Rusiya rəhbərliyinin son dərəcə aqressiv bəyanatları arxasında əslində iqtisadi çarəsizlik və strateji çıxılmazlıq dayanır. Məsələnin həm neft-qaz bazarı, həm də hərbi-geopolitik tərəfləri üzrə ekspert qiymətləndirmələri vəziyyətin Rusiya üçün nə dərəcədə böhranlı olduğunu göstərir.

Neft-qaz sektoru üzrə aparıcı analitik Boris Aronşteyn bildirir ki, Avropa İttifaqının tətbiq etdiyi son 21-ci sanksiya paketi Kremlin maliyyə mexanizminə öldürücü zərbə vurub. Əvvəlki qaydalara əsasən, sanksiyanı pozan tankeri saxlamaq, onu limana yedəkləmək, gəmi heyətini saxlamaq və həftələrlə, hətta aylarla davam edən hüquqi-məhkəmə proseslərini gözləmək tələb olunurdu. Yalnız məhkəmənin yekun qərarından sonra yükün müsadirəsi mümkün idi.

Yeni mexanizm isə proseduru köklü şəkildə sadələşdirib. İndi Aİ ölkələrinin sahil mühafizəsi və dəniz qüvvələri məhkəmə qərarını gözləmədən, elə açıq dənizdə Rusiya neftini başqa tankerə vuraraq konfiskasiya edə bilirlər. Rusiya neft məhsullarının dəniz yolu ilə ixracını dayandırdığı üçün Kremlin büdcəsinə daxil olan əsas valyuta seli məhz xam neft satışından asılıdır. Rusiyanın dənizlə nəql etdiyi neftin 54%-dən çoxu (günlük 2 milyon bareldən artıq) "kölgə flotu" vasitəsilə daşınır. Aronşteyn vurğulayır ki, əsas təhlükə yalnız 10-15 tankerin müsadirə edilməsi deyil. Əsas zərbə ondan ibarətdir ki, risklərin artması səbəbindən digər gəmi sahibləri Rusiya neftini daşımaqdan imtina edirlər. Qalan azsaylı gəmilər isə nəqliyyat qiymətlərini dəfələrlə qaldırır ki, bu da Moskva üçün neft çıxarmaq və satmağı iqtisadi baxımdan səmərəsiz edir.

Hərbi ekspert Sergey Miqdal Kremlin "Avropa gəmilərini ələ keçirəcəyik" hədələrini cavabsız qalan ritorika adlandırır. O bildirir ki, Rusiya Donanmasının Qərb gəmilərini açıq dənizdə tutmaq və ya saxlayacaq fiziki imkanı yoxdur: "Rusiya neftini və durulaşdırılmış təbii qazını (LNG) daşıyan 'kölgə gəmiləri' mütləq şəkildə Qərbin və NATO-nun tam nəzarətində olan coğrafi boğazlardan - Baltik dənizində Skagerrak və Katteqat, Aralıq dənizində isə La-Manş boğazından keçməlidir. Qərb gəmilərinin isə Rusiyanın nəzarət etdiyi Baltik sularına daxil olmağa heç bir ehtiyacı yoxdur. Rusiya dənizdə hər hansı bir Avropa gəmisinə hücum edərsə, özünün bütün neft marşrutlarının tamamilə qapadılması ilə üzləşəcək".

Miqdal həmçinin Qara dənizdəki hərbi vəziyyətə diqqət çəkir: “Rusiya Ukraynanın həm havadan, həm də dənizdən kütləvi PUA və dəniz dronları hücumlarına tamamilə hazırlıqsız tutuldu. "Moskva" kreyserinin batırılmasından sonra Rusiya gəmilərini Krımdan Novorossiyskə və Gürcüstanın işğal altında olan Abxaziya sahillərinə çəkməyə məcbur oldu. Sığorta şirkətləri artıq Qara və Azov dənizlərindəki Rusiya yük gəmilərini sığortalamaqdan imtina edirlər. ABŞ-ın İrana qarşı əməliyyatlarda təyyarədaşıyan gəmilərini Hind okeanının açıq sularına (1000-1200 mil geriyə) çəkmək imkanı olduğu halda, Rusiya üçün Qara və Azov dənizləri kiçik olduğu üçün həqiqi tələyə çevrilib”.

Ekspertin fikrincə, Rusiya dənizdə açıq hərbi qarşıdurmaya girməyəcək. Bunun əvəzinə, Moskva Qərb liderlərini qorxutmaq üçün "Petrov və Boşirov" kimi xüsusi xidmət agentləri və ya diversantlar vasitəsilə Avropa limanlarında təxribatlar törətməyə cəhd edə bilər.

Siyasi analitik Sergey Şelin qeyd edir ki, Putinin bu tipli "adekvat cavabı" xəbərdarlıqları konkret fəaliyyət planından daha çox Moskvanın psixoloji təzyiq taktikasıdır. Rusiya rəhbərliyi hər dəfə yeni sanksiya dalğası ilə üzləşəndə analoji bəyanatlar verir, lakin Qərblə birbaşa hərbi toqquşmaya girmək riskini gözə ala bilmir. Şelinin qənaətinə görə, bu bəyanatların əsas məqsədi Qərb siyasətçiləri arasında çaşqınlıq yaratmaq və sanksiyaların icra mexanizmini ləngitməkdir.

Digər tərəfdən, “Financial Times” qəzetinin məlumatına görə, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Ukraynadan Novorossiysk limanı yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumuna (KPK) aid neft tankerlərinə zərbələri dayandırmağı xahiş edib. Vaşinqton bu marşrutla Qazaxıstan neftinin Avropaya daşındığını və vurulan zərbələrin dəniz ticarətini zədələyərək dünya neft bazarlarında kəskin qiymət artımına səbəb olacağından narahatdır.

Kremlin "kölgə flotu"na vurulan zərbələr Rusiya iqtisadiyyatının ana damarını kəsir. Putinin dənizdə adekvat cavab verəcəyi ilə bağlı hədələri isə Moskvanın hərbi acizliyini və Qərbin iqtisadi mühasirəsi qarşısında çıxılmaz vəziyyətə düşdüyünü növbəti dəfə nümayiş etdirir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri