Icma.az
close
up
RU
Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar

Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Kremlin təbliğat maşınının başında olan simalar - Dövlət Dumasının deputatı, keçmiş general Andrey Qurulyov, həmçinin Vladimir Solovyov kimi təxribatçı teleaparıcılar öz çıxışlarında açıq şəkildə region xalqları arasında nifaq toxumları səpir, sülh təşəbbüslərini gözdən salmağa çalışırlar".

Oxu.Az xəbər verir ki, bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, bu şəxslərin dedikləri bəzən diplomatik dillə gizlətməyə çalışılan siyasətin "çılpaq" üzünü ortaya qoyur:

"Azərbaycan xalqı yaxın keçmişi unutmayıb. 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olaraq dinc sakinləri qətlə yetirməsindən tutmuş "AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində soydaşlarımızın həyatını itirməsinə qədər! Bütün bunların fonunda ya susulub, ya da məsuliyyətdən yayınmağa çalışılıb".

Ü.Zülfiqar vurğulayıb ki, bu mərhələdə süni maneələr yaradan qüvvələr artıq kənarda qalmalı və prosesə əngəl törətməməlidirlər.

"Sülh prosesi region üçün daha da inkişaf etmək uğrunda atılan təməldir. Normal siyasi düşüncəyə sahib olan hər kəs bu məsələyə məhz bu prizmadan baxmalıdır. Təəssüf ki, nümayiş etdirilən aqressiv ritorika, kimin sülh, kimin isə bölgənin gərginlik nöqtəsi olaraq qalmasını istədiyini açıq şəkildə göstərir", - deyə o bildirib.

Siyasi şərhçi deyib ki, bu süni gərginlik siyasətinə qarşı ən yaxşı cavab isə real və dayanıqlı sülhün imzalanmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri