Icma.az
close
up
RU
Kremlinin qüllələri arasında əlaqələndirmə yoxdur, siyasi dairələr real vəziyyəti düzgün dəyərləndirmirlər

Kremlinin qüllələri arasında əlaqələndirmə yoxdur, siyasi dairələr real vəziyyəti düzgün dəyərləndirmirlər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi prosesi məhz AZAL-ın təyyarəsinin vurulmasından sonra baş verdi. Rusiya səbəbkarları cəzalandırmadı, Azərbaycandan üzr istəmədi, hadisə zamanı zərərçəkənlərin ailələrinə təzminat ödənilmədi. Əksinə Azərbaycana qarşı hücum pozisiyasına keçdi. Bu gün Rusiya ilə münasibətlər gərginləşən xətlə davam edir...

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çox maraqlı proseslər baş verir və sanki Rusiyada Moskva Kremlinin qüllələri ayrı-ayrı strukturlara bağlı olan qüllələrdir və fərqli qərarlar verirlər: “2022-ci ilin fevral ayının 22-də Azərbaycanla Rusiya arasında strateji xarakter daşıyan sənəd imzalanıb. Bu sənəd əslində bir çox münasibətlərin, məhz elə o sənəddə öz əksini tapmış müddəalara uyğun həyata keçməsini tələb edir”.

Azər Allahverənov

Deputat qeyd edib ki, AZAL təyyarəsinin vurulmasına qədər bu vəziyyət faktiki olaraq belə olub: “AZAL təyyarəsi vurulandan sonra Rusiya tərəfi konkret olaraq günahkarları cəzalandırmalı, həlak olanlara və bu hadisədə zərər çəkmiş bütün şəxslərə müvafiq qaydada təzminat ödəməli, üzr istəməli idi. Amma bunların heç biri baş vermədi və nəticə etibarilə bunu etməmək üçün Rusiya tərəfi çox sərt ritorikaya keçdi. İnformasiya mühitində biz hibrid təhdidlərin şahidi olduq, Azərbaycan Milli Məclisinin deputatının Rusiya ərazisinə buraxılmamasını da gördük. Eyni zamanda müxtəlif ictimai siyasi mühitdə təmsil olunan şəxslər, ümumiyyətlə Cənubi Qafqaz bölgəsinə yox, bütövlükdə Qafqaza heç bir aidiyyəti olmayan və Azərbaycanın əleyhinə fikirlər səsləndirməyə başladılar. Bu ritorika gücləndi və ən kulminasiya nöqtəsinə gəldi çatdı”.

Deputat hesab edir ki, Moskva Kremlinin qüllələri arasında əlaqələndirmə yoxdur və orada müəyyən siyasi mərkəzlər var ki, onlar prosesi heç də hər zaman konstruktiv məcrada aparmırlar: “Əksinə, biz onun şahidi oluruq ki, hətta Azərbaycan daha təmkinli yanaşdığı halda, Azərbaycanı qıcıqlandıracaq və ya Azərbaycan xalqının narazılığına səbəb ola biləcək hansı ifadələrdən istifadə edilir”.

Deputatın fikrincə, bu vəziyyət bir daha onu sübut edir ki, Moskva Kremlinin qüllələri arasında və bütövlükdə siyasi dairələr real vəziyyəti düzgün dəyərləndirmirlər, əksinə mövcud körpüləri belə yandırmağa meyllənirlər: “Halbuki Azərbaycan sadəcə öz haqqını tələb edir. Beynəlxalq hüquqa söykənərək bu və ya digər məsələ ilə bağlı Rusiya tərəfindən doğru davranışın sərgilənməsini gözləyir. Amma bunların heç biri baş vermir. Əksinə, həmin o müxtəlif dairələr həmin bu antiAzərbaycan ritorikasını gücləndirməklə, münasibətlərin bir qədər də gərginləşdirilməsinə çalışırlar”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri