Icma.az
close
up
RU
Krım tatarlarının tanınmış fəalı Gülizar Abdullayeva vəfat etdi

Krım tatarlarının tanınmış fəalı Gülizar Abdullayeva vəfat etdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İşğal altındakı Krımda 78 yaşlı Gülizar Abdullayeva – Krım tatar milli hərəkatının fəalı, pedaqoq və Ukrayna xalq deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilovun bacısı dünyasını dəyişib. O, 2025-ci il martın 9-da vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Krım Tatar Məclisinin rəsmi səhifəsində bildirilib.  

"Gülizar-hoca bir neçə nəsil gənci doğma mədəniyyətinə və dilinə sevgi ilə tərbiyə edib", – Məclis üzvləri bildiriblər.  

Gülizar 1947-ci il iyunun 12-də Özbəkistanın Andican vilayətindəki Aim qəsəbəsində anadan olub. Onun valideynləri burada deportasiya olunmuşdu. O, Abdülcəmil və Mahfurə Mustafayevlərin yeddi övladından altıncısı idi.  

Gülizar Səmərqənd Dövlət Universitetini bitirərək ingilis dili müəllimi ixtisası alıb.  

1976-cı ildə ailəsi ilə birlikdə Krıma qayıdaraq Qarasu-Bazar rayonunun Zuya qəsəbəsində məskunlaşıb. Lakin 1979-cu ildə Gülizarın, onun bacısı Diləranın və atası Abdülcəmil ağanın ailələri yenidən Krımdan Krasnodar diyarına deportasiya edilib. Yalnız 1989-cu ildə onlar yenidən vətənə qayıda biliblər.  

Uzun illər ərzində Gülizar Abdullayeva ingilis dili tədrisinə həsr olunub, Baxçasarayda Krım tatar məktəbində və Tankov kəndində istedadlı uşaqlar üçün internat məktəbində müəllim işləyib.  

"Onun yorulmaz zəhməti, müdrikliyi və işinə sadiqliyi şagirdlərinin, həmkarlarının və onu şəxsən tanıyanların yaddaşında qalacaq. Gülizar-hocanın yaxınlarına, doğmalarına, çoxsaylı tələbələrinə və bütün soydaşlarımıza başsağlığı veririk.  

Gülizar-hocanın qardaş və bacılarına – Əsən ağa, Vasfiyə abla, Mustafa ağa Cəmilova, Diləraya dərin hüznlə başsağlığı bildiririk", – Məclis üzvləri, Qurultay nümayəndələri və Krım tatar hərəkatının fəalları yazıblar.  

Dəfn mərasimi martın 10-da saat 14:00-da Baxçasaray şəhərinin Xan-Çayır məscidində keçiriləcək.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri