Kriptobirjada son durum: Bitcoin 2% dən çox ucuzlaşıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib.
Əsas altkoinlərdən Ethereum (ETH) 2,09% azalaraq 1 865,69 ABŞ dollarına düşüb. BNB isə bazardakı ümumi enişə baxmayaraq 0,21% bahalaşaraq 591,39 ABŞ dollarına yüksəlib.
Digər əsas kriptovalyutalardan XRP 1,58%, Solana (SOL) 1,92%, TRON (TRX) isə 0,52% dəyər itirib. Son 24 saatda ilk onluqda ən çox geriləyən aktiv Hyperliquid (HYPE) olub. Onun qiyməti 6,50% azalıb. Dogecoin (DOGE) isə cüzi dəyişərək 0,01% ucuzlaşıb.
Bununla yanaşı, Tether (USDT) və USD Coin (USDC) qiymət sabitliyini qoruyaraq müvafiq olaraq 0,9990 və 0,9999 ABŞ dolları səviyyəsində ticarət olunub.
Baxış sayı:123
Bu xəbər 01 Avqust 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















